Məhkəmə qərarları › İş №3(031)-367/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-367/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-367/2025 29.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 vəkili Vəkil iştirakı ilə Qərardan şikayət verən şəxs X2 vəkili Vəkil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi maraqlı şəxs qismində cəlb edilməklə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X2 vəkili Vəkil Şabran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "SMSRadar" mobil tətbiqindəki hesabına şirkətin sahibliyində və onun istifadəsində olan, "X9 1843” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş gəlmişdir. Bildirişdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə "X9 1843" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Şabran rayonu, Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “SMSRadar” mobil tətbiqindən daxil olan fotoşəkildən görünür ki, maksimum çəki limiti 40 ton olmasına baxmayaraq, "X9 1843" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 42880 kq olmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, nəqliyyat vasitəsi sifariş nöqtəsində - Quba rayonu ərazisində yükləndikdən sonra, yəni yola çıxmazdan əvvəl yüklə birlikdə "Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi” PHŞ-nin 5 nömrəli Yol İstismarı MMC-sində tərəzidə çəkilmişdir. 12550 nömrəli tərəzi qəbzindən aydın olur ki, “X9 1843" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 39880 kq olmuşdur. Göründüyü kimi nəqliyyat vasitəsi yola düşməzdən əvvəl çəkilən çəki ilə “SMSRadar” mobil tətbiqindən daxil olan bildirişdə qeyd olunan çəki arasında kifayət qədər fərq (3000 kq) var. Nəqliyyat vasitəsi yola düşməzdən əvvəl çəkilən məlumatlar əsas götürüldüyü halda, nəqliyyat vasitələri ilə icazə verilən çəki limiti (40000 kq) aşılmamışdır. Nəzərinizə çatdırırıq ki, "xxxx" PHŞ “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən rəsmi qeydiyyata alınmış və tərəzi sertifikatına malik olan, siyahısı müvafiq orqan tərəfindən təsdiq edilən müəssisələr siyahısındadır “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-yə məxsus həmin tərəzi qeydiyyata alınmazdan öncə Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılmış və düzgün çəkməsi təsdiq edildikdən sonra sertifikatlaşdırılmışdır. Məlumat üçün bildirir ki, ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sahibkarlarla keçirdiyi görüşlərdə bildirdiyi kimi, həmin tərəzilərin müəyyən faiz yanılma payı vardır. Onların təklifinə əsasən qanunvericilikdə bu istiqamətdə müvafiq dəyişiklik də edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VİQD nömrəli Qanununa əsasən “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)" sözləri əlavə edilmişdir. Hazırda, qanunvericiliyin bu tələbi nəzərə alınmaqla iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki limiti 40000 kq olmasına baxmayaraq, onlara 42000 kq-yə qədər cərimə tətbiq edilmir. Ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilərin yanılma payı nəqliyyat vasitəsinin surəti, yolun vəziyyəti, hava şəraiti, oxun yerlə təmas gücü və s. nəzərə alınmaqla dəyişir. Hesab edirik ki, bu amillər nəticəsində 5 %-lik yanılma payı aşıla bilər. Nəzərinizə çatdırırıq ki, Şabran rayonu, Mollakamalh kəndində cəriməyə düşdükdən sonra nəqliyyat vasitələri eyni yüklə Giləzi ərazisində AYNA-ya məxsus tərəzidən keçmişdirlər. Lakin bu tərəzi nəqliyyat vasitələrinin maksimum çəki limitini keçməsini qeydiyyata almamışdır. AYNA-ya məxsus bu tərəzilərin verdiyi çəki məlumatları arasında ziddiyətin olması tərəzidəki yanılma payının çoxluğundan qaynaqlanır. Əlavə olaraq bildirir ki, xx.xx.2025-ci il tarixdə "X9 1843” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "Yük taksisi.az” MMC-nin sürücüsü X4 idarə etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxsin vəkili şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və X5 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:40:19-da "X9 1843” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 42880 kq müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "X9 1843” markalı, **-JF-*** dövlət dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin mülkiyyətçisi “AKA” şirkətidir. İş materiallarında olan yoxlama haqqında şəhadətnamədən görünür ki, tərəzi xx.xx.2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin "xxxx" MMC-yə ünvanlandığı məktubdan görünür ki, avtomobil tərəzilərinin yoxlanılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirilən qurumlar tərəfindən həyata keçirildiyi bildirilmiş və bu barədə məlumatları əldə etmək üçün “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda avtomobil tərəzilərini istismar edən təsərrüfat subyektlərinin siyahısı təqdim edilmişdir. İş materiallarında olan “AKA” şirkəti və "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan "X9 1843” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı “yəhərli dartıcı” tipli nəqliyyat vasitəsini icarəçiyə (onun təyin etdiyi şəxslərə) icarəyə verir. İcarəçi isə nəqliyyat vasitəsini bu müqavilənin tələblərinə uyğun olaraq yüklərin daşınması üçün öz istifadəsinə qəbul edir və aylıq icarə haqqını ödəyir. Bu müqavilədə qeyd edilən nəqliyyat vasitəsinin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İş materiallarında olan "xxxx" MMC və X4 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X1 vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 1453 nömrəli yol vərəqəsindən görünür ki, X4 "X9 1843” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini texniki cəhətdən saz halda qəbul etmişdir. İş materiallarında olan 12550 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:14:15-də giriş və saat 09:40:10-da çıxış zamanı **-JF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39880 kq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. X5 və vəkili Vəkil məhkəməyə təqdim etdiyi həqiqiliyi nə qədər doğru olduğu bilinməyən qəbz mötəbər sübut kimi qiymətləndirilə və elektron qərarın ləğv edilməsi əsası kimi qəbul edilə bilməz. Sözügedən tərəzi qəbzinin hansı xüsusi texniki vasitə ilə çəkildiyi və həmin xüsusi texniki vasitənin sertifikatının olubolmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 353.2-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən sözügedən inzibati xəta törədilmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 vəkili Vəkil şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29593207 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar