Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-371/2023 27.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X17 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 27 sentyabr 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 24 oktyabr 2015-ci il təvəllüdlü X6 və 05 fevral 2018-ci il təvəllüdlü X8 18 (on səkkiz) yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X7 ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə 04 aprel 2023-cü il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır və onun hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 3310 (üç min üç yüz on) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 24 oktyabr 2015-ci il təvəllüdlü X6 və 05 fevral 2018-ci il təvəllüdlü X8 18 (on səkkiz) yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X7 ödənilməli olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar onun tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır və hazırda həmin icra vərəqəsi üzrə ümumilikdə 3310 (üç min üç yüz on) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Şabran rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirildiyini, lakin tələbin yönəldilə bilinəcəyi bir əmlakın aşkar edilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra vərəqəsindən xəbəri var. Fəhlə işləyir və gündəlik qazancı 20 (iyirmi) manat təşkil edir. Valideynləri dünyalarını dəyişiblər, bir qardaşı X10 şəhid olub, digər qardaşı isə iflicdir və hazırda evə yatır. Təkdir, ona köməklik edəcək kimsəsi yoxdur, maddi vəziyyəti çox ağırdır və sözü gedən icra vərəqəsi üzrə ödənişləri etməkdə çox çətinlik çəkir. Buna baxmayaraq 2023-cü ilin sentyabr ayında icra vərəqəsi üzrə 290 (iki yüz doxsan) manat məbləğində ödəniş edib. Məhkəmədən xahiş edir ki, ona köməklik edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq icra vərəqəsi üzrə ödənişləri və yaranmış aliment borcunu ödəmək fikrində olduğunu, həmin pulu onun övladlarının olduğunu, gücü çatan qədər 50 (əlli) manat məbləğində bir, 60 (altmış) manat məbləğində bir ödənişlər edərək ay ərzində maddi vəziyyətinin ona imkan verdiyi qədər icra vərəqəsi üzrə ödənişlər edəcəyini, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsində kirayə yaşadığını, vəkilinin suallarına cavab olaraq isə Bakı şəhərində fəhlə işlədiyini, iş olanda gündəlik gəlirinin 15 (on beş) 20 (iyirmi) manat təşkil etdiyini, qardaşının adına əmlak olduğunu və məcbur qalacağı təqdirdə həmin əmlakı satıb aliment borcunu ödəyəcəyini, boşanmadan xəbəri olmadığı üçün aliment borcunun yarandığını və icra məmuru mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb aliment ödəməli olduğunu ona bildirdikdən sonra maddi vəziyyəti imkan verdiyi qədər ödənişlər etməyə çalışdığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X9 icra vərəqəsinin yeni olduğunu, Şəxs maddi vəziyyətinin ağır olduğunu və icra vərəqəsi üzrə ödənişləri etməkdən boyun qaçırmadığını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)- 57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 24 oktyabr 2015-ci il təvəllüdlü X6 və 05 fevral 2018-ci il təvəllüdlü X8 18 (on səkkiz) yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X7 ödənilməlidir. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmısdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ünvanlanmış 04 aprel 2023-cü il tarixli, 75205/23 nömrəli tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində icra etməli olduğu haqqında və icranın könüllü şəkildə təmin edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumatlandırılmışdır. - "Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakın olmaması və ya yetərli olmamasının müəyyən edilməsi barədə" 22 sentyabr 2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şabran rayon icra və Probasiya şöbəsinin əməkdaşları 22 sentyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirmişlər, lakin Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsində qeyd edilən tələbin yönəldilə bilinəcəyi bir əmlakın aşkar etməmişlər. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 sentyabr 2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır və Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə 290 (iki yüz doxsan) manat məbləğində ödəniş etmişdir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" 27 dekabr 2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 24 oktyabr 2015-ci il təvəllüdlü X6 və 05 fevral 2018-ci il təvəllüdlü X8 18 (on səkkiz) yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X7 ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində icraata 04 aprel 2023-cü il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş və sonuncunun Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə 3310 (üç min üç yüz on) manat məbləğində aliment borcu yarandığı üçün barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarına olan sənədlərdən görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Yevlax Rayon Məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş 2(039)-57/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli icra vərəqəsi üzrə 3310 (üç min üç yüz on) manat məbləğində aliment borcunun yaranmasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
X19