Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-371/2024 21.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X7 Xidməti Bölməsinin Yol Patrul Xidməti inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran şəhəri, X5 küçəsi, ev 93 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib dikərək baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X7 Xidməti Bölməsinin Yol Patrul Xidməti inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək nəqliyyat vasitəsini idarə etmək hüququ olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyini göstərmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə də alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olsa da, həmin tarixdə saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o yox, ayıq sürücü idarə etmişdir. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq sözü gedən hadisə zamanı çağırdığı ayıq sürücünün adını bilmədiyini, mobil telefonunda həmin sürücünün nömrəsinin qalmadığını və həmin sürücünü tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X7 Xidməti Bölməsinin Yol Patrul Xidməti inspektoru X1 öz izahatında göstərmişdir ki, Şabran Rayon Polis X7 Xidməti Bölməsinin Yol Patrul Xidməti inspektoru X4 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Şabran şəhərinin ərazisində xidmətdə olduğu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman tərəflərindən saxlanılmış və onun həmin vaxt spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Bundan əlavə sədrlik dənin sualına cavab olaraq xx.xx.2024-cü il tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən saxlanıldığı zaman həmin nəqliyyat vasitəsində sadəcə Şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AE seriyalı, 621716 nömrəli sürücülük vasitəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına "B" və "C" kateqoriyalı sürücülük vəsiqəsi var. - xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir. - "AsanPay" elektron ödəniş sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın cəriməsi ödənilib. - 02705 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:54-də müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitə - alkotestr vasitəsi ilə keçirilmiş müayinə nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması aşkar edilmişdir. - İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - İnzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videogörüntüdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs "Chevrolet Aveo" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran şəhərinin X6 küçəsi ərazisində hərəkətdə olarkən Şabran Rayon Polis X7 Xidməti Bölməsinin əməkdaşları tərəfindən saxlanılır. Lakin həmin videogörüntüdə sözü gedən nəqliyyat vasitəsində Şəxs başqa hər-hansı bir şəxsin olması öz əksini tapmamışdır. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya sistemindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qohumluq məlumatlarında dair çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə, saat 02:11 radələrində, Şabran şəhərinin X6 küçəsi ərazisində "Chevrolet Aveo" minik markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun tərəfindən idarə edilmədiyini və həmin nəqliyyat vasitəsinin adını və nömrəsini bilmədiyi və tanımadığı ayıq sürücü tərəfindn idarə edildiyini göstərməsi iş materiallarında olan inzibati xəta hadisəsini özündə əks etdirən "DVD" diskdəki videogörüntü və iş üzrə dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmadığından, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu sözlərinin özünü müdafiə xarakterli olması, inzibati məsuliyyətdən yayınma məqsədi ilə deyilməsi və həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə minənədək ödəmiş və həmin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunduqları müddətin başlanğıcı həmin Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin icrasının bitdiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 02 (iki) azyaşlı uşağın olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən isə inzibati xətaya görə inzibati tənbeh almış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 104, 117, 128, 130 və 333.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrik edən: Ayaz Məmmədov