Məhkəmə qərarları › İş №3(031)-375/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-375/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-375/2025 09.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə Qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29919423 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29919423 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 adına olan, etibarnamə ilə idarə etdiyi “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini, xx.xx.2025-ci il tarixdə, saat 09:59 da Şabran rayonu Mollakamallı-Quba istiqamətində idarə edərkən, AYNA tərəfindən quraşdırılmış elektron tərəzi tərəfindən, yük maşınında apardığı mal-qaranın artıq çəkidə olması barədə, Azərbayvan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə istinad edilərək EQ29919423 nömrəli protokol tərtib edilib "SMS" vasitəsi ilə maşına dair məlumatları, Azərbaycan Respublikasının DİN-in BDYPİ-nin informasiya mərkəzinə göndərdikdən dərhal sonra onun mobil telefonuna 1200 manat məbləğində cərimə olunması barədə SMS gəlmişdir. Etibarnamə ilə idarə etdiyi “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü çəkisi 41300 kq olduğu halda, AYNA tərəfindən quraşdırılmış elektron tərəzi vasitəsi ilə idarə etdiyi yük maşınında qeyd olunan çəkidən artıq yükün olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar onun üçün şübhəlidir. SMS məlumatında yük maşınında 43180 kq yük daşınmaqla 1880 kq artıq yük olduğu barədə idarə etdiyi yük maşınını etibarnamə ilə idarə edən digər sürücü X3 adına cərimə protokolunun tərtib edilməsi üçün qeyri-qanuni məlumat göndərmişdirlər. X6 adına olan, etibarnamə ilə idarə etdiyi “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ondan başqa digər sürücü X3 adına da etibarnamə ilə idarə edilməsinə verilmişdir. AYNA tərəfindən quraşdırılmış elektron tərəzi tərəfindən yük maşınına baxış keçirilirsə, hal-hazırda maşını idarə edən şəxsin adını deyil, başqa bir şəxsin adının göstərilməsi, AYNA tərəfindən quraşdırılmış elektron tərəzidə nasazlığın olması və ya kameraların nəzarət etdiyi digər maşınlarda olan yüklərin çəkisi ilə qarışdırılması ehtimalını istisna etmir. xx.xx.2025-ci il tarixdə “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini o, idarə etmişdir. Həmin nəqliyyat vasitəsində 40 ton yük daşınmasına, 5% güzəştlə cəmi 42 ton yük daşınmasına icazə verildiyi halda, cəmi 41300 kq yükdən başqa kənar yük olmamışdır. Gömrük bəyannaməsini özündə əks etdirən "İpək yolu" avtoterminalı tərəfindən verilmiş sənəddə, idarə etdiyi “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü çəkisinin 41300 kq olması qeyd edilmişdir. Qərarından şikayət verilən orqan və qərardan şikayət verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və X7 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29919423 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29919423 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:59:37-də “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat yük nəqliyyat vasitəsinin çəkisi 43180 kq müəyyən edilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə X4 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Schmitz” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsinin mülkiyyətçisi X8r. İş materiallarında olan 155540 nömrəli tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 06:41:15-də giriş zamanı **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 41300 kq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Schmitz” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X9 tərəfindən X5 etibar edilmişdir. Etibarnamə xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, “DAF FT XE 105.460” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Schmitz” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X9 tərəfindən X4 etibar edilmişdir. Etibarnamə xx.xx.2034-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. X2 məhkəməyə təqdim etdiyi həqiqiliyi nə qədər doğru olduğu bilinməyən (yalnız surətdən ibarət heç bir möhürlə təsdiq edilməyən) qəbzlər mötəbər sübut kimi qiymətləndirilə və elektron qərarın ləğv edilməsi əsası kimi qəbul edilə bilməz. Sözügedən tərəzi qəbzlərinin hansı xüsusi texniki vasitə ilə çəkildiyi və həmin xüsusi texniki vasitənin sertifikatının olub-olmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 353.5-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 tərəfindən sözügedən inzibati xəta törədilmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29919423 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar