Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-379/2024 28.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, Qərarından şikayət verilən orqanın nümayəndəsi X2 iştirakı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərara əsasən onun barəsində vəzifəli şəxs qismində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin o, özünü fiziki şəxs qismində məsuliyyətə cəlb olunmalı olduğunu bildirirərək qanunun normasının düzgün tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonu, Sincanboyad kəndi ərazisində Bakı-Quba avtomobil yolunun sağ hissəsində xx.xx.2024-cü il tarixdə tullantıların əraziyə atılması və ərazinin çirkləndirilməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsilə təqsirli bilinərək barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, VÖEN-i ********** olan vergi ödəyicisi X3 fəaliyyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2021-ci il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2026-cı il tarixi üçün müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli müraciət vərəqəsinə əsasən X5 fəaliyyətinin dayandırılması barədə arayışın verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan çıxarışdan görünür ki, X3 VÖEN statusu “fəaliyyətini müvəqqəti dayandırmış” olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 86229 nömrəli aktdan görünür ki, xidməti ərazi olan Şabran rayonu ərazisində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyinin tələblərinin icra olunması vəziyyətinin araşdırılması məqsədilə aparılan nəzarət tədbiri zamanı Şabranr rayonu, Dəvəçi kəndi ərazisində Bakı-Quba avtomobil yolunun sağ hissəsində “Kamaz” təmiri sexinin şimal hissəsində sexdən 5 və 20 metr məsafədə tullantıların (işlənməmiş təkərlər, rezin parçalar və s.) əraziyə yığılması nəticəsində ərazinin çirkləndiyi müəyyən olunmuşdur. Araşdırma zamanı özünü ünvan 1 ünvanında yaşayan X5 “Kamaz” təmir sexinin istifadəçisi və işçisi kimi şifahi təqdim edən şəxs tullantıların həmin əraziyə tərəfindən atıldığını və tezliklə yığışdırılacağını bildirmişdir. Şabran Rayon İcra Hakimiyyətinin Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli məktubuna əsasən qeyd olunan tullantıları sözügedən əraziyə X5 tərəfindən atıldığını, bununla da ərazinin çirklənməsinə səbəb olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X3 “Kamaz” təmir sexinin işçisi kimi barəsində Bakı-Quba avtomobil yolunun sağ hissəsində xx.xx.2024-cü il tarixdə tullantıların əraziyə atılması səbəbindən xx.xx.2024-cü il tarixdə vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Lakin iş materiallarından görünür ki, VÖEN-i ********** olan vergi ödəyicisi X3 fəaliyyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər dayandırılması barədə qərar qəbul edilmişdir. Nəticə olaraq X5 barəsində vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmamalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X5 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X5 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsi səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-379/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-379/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver