Məhkəmə qərarları › İş №3(031)-381/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-381/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-381/2024 26.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 iştirakı ilə X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, o, qardaşı X10 ilə birlikdə Şabran şəhərində "xxxx" MMC ərazisində fəaliyyət göstərən “Yadu dönər” dönərxanasını işlətməkdədir. Qardaşı Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi ilə xx.xx.2024-cü il tarixdə 53 nömrəli müqavilə bağlamış və müqaviləyə əsasən Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin müdiri C.V.Cəfərov öz işçi qüvvəsi və texnikası ilə daşınmasını və onların zərərsizləşdirilməsini öhdəsinə götürmüş, bunun müqabilində isə X2 rayon Yaşıllıq və Təmizlik İdarəsinə hər ay 5 manat məbləğində pul vəsaitini ödəməyə razılaşmışdır. Lakin müqavilə bağlanan gündən hal-hazıradək Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək “Yadu dönər” ərazisindən tullantıların daşınmasını təmin etməmişdir. Sonra Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsindən onlara tullantıları "xxxx" ərazisinin arxa hissəsində yerləşən zibilxanaya atmaları bildirilmişdir. 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları isə ona yaxınlaşaraq həmin əraziyə zibil atmaması barədə xəbərdarlıq etmişdirlər. O, həmin ərazinin zibilxana olduğunu dedikdə, əməkdaşlar sadəcə xəbərdarlıq etdiklərini, onun barəsində inzibati tənbeh tətbiq etməyəcəklərini bildirmişdirlər. Lakin onun barəsində inzibati tənbeh vermə haqqqında qərar tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X10 və Şabran rayon Yaşılllıq və Təmizlik İdarəsinin müdiri X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 53 nömrəli müqavilədən görünür ki, Şabran rayon Yaşılllıq və Təmizlik İdarəsinin müdiri X16 öz işçi qüvvəsi və texnikası ilə “Yadulla dönər” ərazisindən bərk məişət tullantılarının şəhərin məişət tullatıları paliqonuna daşınmasını və onların zərərsizləşdirilməsini öhdəsinə götürmüş, bunun müqabilində isə X10 hər ay 5 manat məbləğində pul vəsaitini ödəməyə razılaşmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixi Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinə məxsus məişət tullantılarının daşınması üçün mədaxil qəbzinə əsasən X10 5 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona icra olunması üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə məxsus xx.xx.2024-cü il tarixli, 86194 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şabran rayonu, Bazar ərazisində məişət tullantılarının yanması barədə FHN-yə müraciət daxil olmuş və müraciətə əsasən araşdrıma aparılmışdır. Araşdırma zamanı istifadəsiz, yarı yanmış vəziyyətdə olan binanın içərisi və ətrafı, fəaliyyətdə olan digər qonşu obyektlərin arxa tərəfi onların fəaliyyətləri zamanı əmələ gələn tullantılarla qalaqlanmışdır. Tullantıların qalaqlandığı ərazilərdə onların zaman-zaman yandırıldığını təsdiq edən izlər müşahidə edilmiş, hətta fəaliyyət göstərməyən obyektin binasının dam örtüyünün bir hissəsi belə yanmışdır. Araşdırma zamanı yazılı izahat verən X13 “Yadu dönər” ictimai iaşə obyektində formalaşan tullantıları qanunsuz olaraq əraziyə atarkən saxlanılmış və məlum olmuşdur ki, o, “Yadu dönər” dönərxanasını işlədən X4 xahişi ilə tullantıları həmin əraziyə atmışdır. Araşdırma zamanı “Yadu dönər” ictimai iaşə obyektinin fəaliyyəti zamanı əmələ gələn tullantıların daşınması üçün hər-hansı bir təşkilatla müqaviləsinin olmadığı məlum olmuşdur. "xxxx" MMC-nin sahibi X6 da bazarda əmələ gələn tullantıların daşınması üçün müqaviləsinin olmadığı məlum olmuşdur. Uzun illərdir bu problem həll olunmadığından şəhərin mərkəzində antisanitar yanğın təhlükəli vəziyyət davam etməkdədir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” və “Tullantılar haqqında” qanunların tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 032/B nömrəli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məxsus inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması barədə qərardada əsasən bazarın ərazisində fəaliyyət göstərən “Yadu dönər” ictimai iaşə obyektində formalaşan tullantıların qanunsuz olaraq əraziyə atılması faktı müəyyən edilmiş, adı çəkilən obyektin və "xxxx" MMC-nin xidməti təşkilatla müqaviləsinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, bazar ərazisi tullantılarla qalaqlanmışdır. İş materiallarında olan 0209.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şabran şəhərində "xxxx" MMC ərazisində fəaliyyət göstərən “Yadu dönər” ictimai iaşə obyektini işlədən X9 formalaşan tullantıları bazarın ərazisinə atdığına və tullantıların qalaqlanaraq yandırıldığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə X7 çatdırılmışdır. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 24.2-ci maddəsinə əsasən ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. Azərbaycan Respublikasının “Atmosfer havasının mühafizəsi haqqında” Qanununun 16.1-ci mddəsinə əsasən müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən tullantıların saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəsxlər belə tullantıların saxlanılması yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, məhkəmə iclasında qərardan şikayət verən Yadulla Məmmədov "xxxx"nın arxasında olan yerə zibil atdığını etiraf etmiş, lakin zibili həmin yerə atmasını Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin göstərişi ilə etmişdir. Lakin xx.xx.2024-cü il tarixli 53 nömrəli müqavilə şərtlərindən aydın görünür ki, bərk məişət tullantılarının daşınmasını Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi həyata keçirəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş pozuntu faktının mövcudluğu aşkar görünür. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 266.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 şəhər və digər yaşayış məntəqələrinin ərazisini çirkləndirmişdir. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X3 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar