Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-381/2025 04.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə Qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir və bu barədə elektron qaydada protokol və qərar tərtib olunmuşdur. O, qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyildir. Qərar qanunsuzdur, heç bir sübut olmadığından və tərəfindən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. İstifadəsində olan **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39590 kq olduğu təsdiqlənmişdir. Qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39590 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətlə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə güya çəkinin 43590 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39590 kq olduğu təsdiqlənmişdir. Yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə güya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39590 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətlə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə güya çəkinin 43590 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. O, yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüş və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və X4 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənəddən görünür ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan yoxlama haqqında şəhadətnamədən görünür ki, tərəzi xx.xx.2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İş materiallarında olan 100269 nömrəli tərəzi qəbzindən görünür ki, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə, saat 10:05:53-də giriş və saat 10:05:54-də çıxış zamanı 39590 kq müəyyən edilmişdir. İş materiallarında olan sənəddən görünür ki, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə, saat 10:49:06-da 43590 kq müəyyən edilmişdir. İş materiallarında olan 1-31 avqust tarixli, 58 nömrəli yol vərəqəsindən görünür ki, sənəd X3 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İVECO STRALİS” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “Taleh-A.T.” müəssisəsidir. İş materiallarında olan kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə “Taleh-A.T.” müəssisəsinə məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. X2 məhkəməyə təqdim etdiyi həqiqiliyi nə qədər doğru olduğu bilinməyən (yalnız surətdən ibarət heç bir möhürlə təsdiq edilməyən) qəbz mötəbər sübut kimi qiymətləndirilə və elektron qərarın ləğv edilməsi əsası kimi qəbul edilə bilməz. Sözügedən tərəzi qəbzinin hansı xüsusi texniki vasitə ilə çəkildiyi və həmin xüsusi texniki vasitənin sertifikatının olub-olmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 353.5-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 tərəfindən sözügedən inzibati xəta törədilmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29967951 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-381/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-381/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver