Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-382/2024 22.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ seriyalı, 24362047 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ seriyalı, 24362047 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, etibarnamə ilə “X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixində Quba rayonu, Vəlvələ kəndi ərazisindən Abşeron rayonu, Balaxanı kənd ərazisi istiqamətində yük aparan zaman Xızı rayonu, Giləzi kəndi yaxınlığında saat 12:19-da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirləndirilərək 600 manat məbləğində inzibati cərimə olunaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində saat 09:56-da Quba rayonu, Vəlvələ kəndi ərazisindən 152947 saylı qaimə əsasında o, yük götürüb Bakı istiqamətində hərəkət etmiş, avtomobil ilə çəkisi 41450 kq olduğu və Balaxanı kənd ərazisində 282163 saylı qaimə əsasında həmin günü saat 13:54-də yükü qəbul edən zamanda yuxarıda qeyd edilən çəki ilə yük qəbul edildiyi halda, Xızı rayonu Giləzi kəndi yaxınlığında saat 12:19-da, yükü 42460 kq qeyd edilməsi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibat tənbeh vermə haqqında qərarında şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ seriyalı, 24362047 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə məxsus videoqeydiyyat kamerasından çıxarışdan görünür ki, “X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saat 12:19-da faktiki kütləsi 42460 kq qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün 071317 saylı “Fərqlənmə nişanı” “X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsusdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, “X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur. İş materiallarında olan Balaxanı kənd ərazisində verilmiş 282163 nömrəli qaiməyə əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklə birlikdə çəkisi 41450 kq, Vəlvələ kəndi ərazisində verilmiş 152947 nömrəli qaiməyə əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklə birlikdə çəkisi 41450 kq təşkil etmişdir. İş materiallarında olan DVD diskdəki videogörüntüdən görünür ki, M-1, yəni Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində yerləşən kamera və tərəzi üzərində müvafiq təmir işləri həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr ilə xx.xx.2024-cü il tarixlərdə onun idarə etdiyi “X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 tondan aşağı (41450 kiloqram) olduğu, məhkəmə baxışında tədqiq edilmiş DVD diskdəki videogörüntü ilə isə M-1, yəni Bakı- Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində yerləşən kamera və tərəzi üzərində müvafiq təmir işləri həyata keçirildiyi aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən bu halları təqzib edən, o cümlədən xx.xx.2024cü il tarixdə, saat 12:19:05-də, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində hərəkətdə olan X8 yük” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42460 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 3C:E4:B0:F0:8C:F1 saylı kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr, o cümlədən DVD diskdəki videogörüntü həmin göstəricilərin həqiqəti əks etdirmədiyi, tərəzinin xx.xx.2024-cü il tarixdə, saat 12:19:05-də nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X2 X6) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X2 X6 40 tonu aşmamalıdır. Göründüyü kimi, 282163 nömrəli qaiməyə əsasən avtomobilin yüklə birlikdə çəkisi 41450 kq təşkil edir. Yuxarıda qeyd edilən normaların mətnindən aydın olduğu kimi, 40 tonluq icazə verilən ümumi kütlənin 5 faizi 2 ton təşkil edir. Belə olan halda isə X8 yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42 tonu və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X3 xüsusi təyinatlı yük maşınının icazə verilən icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin yalnız öz subyektiv mülahizələrinə əsasən, X3 xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin 42460 kq olduğunu müəyyən etməsi səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Əlavə olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 idarəsi məhkəməyə dəvət edilməsinə, o cümlədən protokolun tərtib edilməsi üçün əsas olan sənədlərin məhkəməyə göndərilməsi barədə sorğuların müvafiq orqana göndərilməsinə baxmayaraq, məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 idarəsi nümayəndəsinin iştirakını və tələb olunan sənədlərin məhkəməyə göndərilməsini təmin etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ seriyalı, 24362047 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin EQ seriyalı, 24362047 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-382/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-382/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver