Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-383/2020 05.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs xx.xx.1986-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şabran şəhəri, V.Abdullayev küçəsində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-50/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ayda 110 manat sabit pul məbləğində aliment tutulubxx xxxxxx 2012-ci ildə doğulmuş Məmmədov Röyal Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X1 verilməlidir. Borclu Şəxs dəfələrlə rəsmi və şifahi qaydada Şabran rayon İcra Şöbəsinə dəvət edilərək ona icra vərəqəsi üzrə yaranmış borcunu ödəməsi təklif olunmuş, eləcə də borcluya icra ilə əlaqədar hüquq və vəzifələri izah olunaraq ona borcu ödəməkdən boyun qaçırdığı təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq borclunun bu günə kimi 2086 manat borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törədən şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-50/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan hər ayda 110 manat sabit pul məbləğində aliment tutulubxx xxxxxx 2012-ci ildə doğulmuş Məmmədov Röyal Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X1 verilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədini icra etməkdən yayınmadığı, həmin icra sənədini bu günədək icra etməmə səbəbinin maddi imkanının olmaması ilə əsaslandıraraq, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-50/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ayda 110 manat sabit pul məbləğində aliment tutulubxx xxxxxx 2012-ci ildə doğulmuş Məmmədov Röyal Cavid oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməlidir. O, Şəxs aliment borcunu ödəməsini tələb edir. Şəxs əməli özünün məhkəmədə verdiyi izahatı ilə yanaşı, işdə olan materiallarla tam sübutdur. Məhkəmə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla Şəxs barəsində inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, hakim QƏRARA ALDİ: 1.İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. 2.İnzibati həbs haqqında qərar dərhal icra edilsin. 3.İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 14-45-dən hesablansın. 3.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran rayon polis şöbəsinə həvalə edilsin. 4.Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apllyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-383/2020
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-383/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver