Məhkəmə qərarları › İş №3(031)-383/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-383/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-383/2024 15.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X7 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2024-cü il tarixində işəgötürən X3 ilə bağladığı əmək müqaviləsi üzrə, Hacıqabul Notariat X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamə ilə, xx.xx.2024-cü İİ tarixində verilmiş yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün 071316 saylı "Fərqlənmə nişanı" əsasında “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Quba rayonunun ərazisindən Abşeron rayonunun Novxanı kəndi ərazisi istiqamətində yük aparan zaman Xızı rayonunun Giləzi kəndi yaxınlığında (M-l 65,1 km) saat 18:56-da onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X7 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində, saat 16:30–da Quba rayonu ərazisindən 5868 saylı qəbz əsasında yükü götürüb Bakı istiqamətində hərəkət etdiyini, həmin vaxt nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisinin 41620 kiloqram, Novxanı kənd ərazisində yükü qəbul edən zaman isə nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisinin 41440 kiloqram təşkil edildiyini, Xızı rayonu Glləzl kəndi yaxınlığında (M-l 65,1 km) saat 18:56-da isə nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisinin 42800 kiloqram olduğunun qeyd edilərək barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyinin nəzərə alınaraq həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X7 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-də, M- 1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman quru qum daşıdığını və həmin yükün çəkisinin zamanla azalmadığını, həmin vaxt idarə etdiyi nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 42000 tondan az olduğunu, onun idarə etdiyi nəqliyyat vasitəsinin çəkisini ölçmüş elektron tərəzinin də həmin vaxt nasaz olduğunu və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi xx.xx.2024-cü il tarixdən bir-neçə gün sonra həmin ərazindən keçdiyi zaman tərəzinin təmir edildiyini gördüyünü bildirmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə hazırki iş üzrəxx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE seriyalı, 13002677 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, fərdi identifikasiya nömrəsi “49H89M5” olan, xx.xx.1978-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 şəhəri, m. Əsədov küçəsi, ev 51 ünvanında qeydiyyatdadır. - 5868 saylı qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30:57-də **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 41620 kiloqram təşkil etmişdir. - 3C:E4:B0:F0:8C:F1 saylı kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-da, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində hərəkətdə olan “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42800 kiloqram təşkil etmişdir. - xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-da, M-1, yəni Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində hərəkətdə olan “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BB seriyalı, 465250 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 8335 kiloqram, maksimal kütləsi isə 18000 kiloqram təşkil edir. -152944 nömrəli qaimədən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:41:14-də “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 41700 kiloqram təşkil etmişdir. -282161 nömrəli qaimədən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:12:14-də “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 41600 kiloqram təşkil etmişdir. - DVD diskdəki videogörüntüdən görünür ki, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində yerləşən kamera və tərəzi üzərində müvafiq təmir işləri həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr ilə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə onun idarə etdiyi “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 tondan aşağı (41620 kiloqram, 41700 kiloqram və 41600 kiloqram) olduğu, məhkəmə baxışında tədqiq edilmiş DVD diskdəki videogörüntü ilə isə M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində yerləşən kamera və tərəzi üzərində müvafiq təmir işləri həyata keçirildiyi aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən bu halları təqzib edən, o cümlədən xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-da, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində hərəkətdə olan “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42800 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 3C:E4:B0:F0:8C:F1 saylı kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr, o cümlədən DVD diskdəki videogörüntü həmin göstəricilərin həqiqəti əks etdirmədiyi, tərəzinin xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-da nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X4 X9) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X4 X9 40 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr ilə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə onun idarə etdiyi “DAF FT XF 105” yük markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 tondan aşağı, yəni 41620 kiloqram, 41700 kiloqram və 41600 kiloqram olduğu aşkar edilsə də, 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 2 ton təşkil edir. Belə olan halda isə “DAF FT XF 105” yük markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin üzərində olsa da, sonuncu X7 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 18:56:55-da, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində hərəkətdə olan “DAF FT XF 105” yük markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X7 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24358312 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar