Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-386/2024 22.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən orqanın nümayəndəsi X2 iştirakı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Şabran rayonu, Ceyranlı kənd ərazisində ona məxsus olan torpaq sahəsində bələdiyyədən rəsmi qaydada icazə alaraq əkdiyi 5 ədəd qurumuş və aşmış vəziyyətdə olan çinar ağaclarını kəsmişdir. Hansı ki, həmin ağaclar maneçilik yaratmışdır. Onun barəsində güya qanunsuz ağac kəsməyi barədə protokol tərtib edilmiş və 1000 manat cərimə etmişdirlər. O, qanunsuz olaraq ağac kəsimi ilə məşğul deyil və qadağan olunmuş heç bir ağac kəsməmişdir. Bunun üçün hər hansı bir sübut yoxdur. Video çəkilişlərdə ağacların çürümüş və qurumuş vəziyyətdə olması açıq-aydın görünmüşdür. O, özünə məxsus olan torpaq sahəsində təmizlik işi aparmışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 göndərilən məktubdan görünür ki, MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsilə təqsirli bilinərək barəsində 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Şabran rayon Əmirxanlı bələdiyyəsi tərəfindən X3 verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən X4 vaxtilə həyətyanı torpaq sahəsinə çinar ağacları əkmiş, həmin çinar ağacları böyüyərək meyvə ağaclarına maneçilik törətmişdir. Həmin çinar ağaclarının vətəndaşın özünə məxsus olduğunu nəzərə alaraq kəsilməsini məqsdəuyğun hesab etmişdirlər. İş materiallarında olan Şabran rayon Əmirxanlı bələdiyyəsi tərəfindən X3 verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən X1 Şabran rayonu, Ceyranlı kəndində 0,40 ha torpaq sahəsi mövcuddur. 2018-ci ildə Şabran-Qalaaltı yolu çəkilən zaman Akif Muxtarova məxsus olan torpaq sahəsinin yanından keçən yol ensiz olduğundan yolun genişləndirilməsi məqsədilə çəpər sökülərək 1 metr içəri çəkilmiş və bunun nəticəsində əkilmiş 8 ədəd çinar ağacı həyətyanı sahədən kənarda qalmışdır. Həmin ağaclardan 5 ədədi tam qurumuş, 3 ədədi isə yarı qurumuş halda olmuşdur. Qurumuş 5 ədəd çinar ağacı küləkli havalarda kökündən çıxmış, qalan 3 ədəd ağacın yoldan keçən avtomobillərə təhlükə yaratmaması üçün kəsilib götürülməsi məqsədəuyğun görülmüşdür. İş materiallarında olan həyətyanı sahənin qaiməsindən görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 saylı qərarı ilə 0,40 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə aid çıxarışa əsasən inzibati tənbeh vermə haqqında qərar X3 xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İş materiallarında olan DVD diskdən görürür ki, qurumuş çinar ağacları kökündən qoparaq yıxılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Göründüyü kimi, 253-1.2.2-ci maddəyə əsasən bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq oluna bilər. Lakin iş materiallarından görünür ki, bələdiyyə tərəfindən verilən X3 məxsus yaşıllığın götürülməsinə dair arayış vardır. Lakin protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qurumuş ağacların kəsilməsinə dair hər hansı qərarın olub-olmamasını araşdırmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X1 yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yalnız öz subyektiv mülahizələrinə əsasən X1 yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsini müəyyən etməsi səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-386/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-386/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver