Məhkəmə qərarları › İş №3(031)-388/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-388/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-388/2022 13.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxx 1999-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan "Volkswagen Passat" minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 may 2022-ci il tarixdə, saat 11:30 radələrində, Şabran şəhərinin X2 küçəsi ərazisində hərəkətdə olduğu zaman zərər çəkmiş şəxs X1 vurub yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan "Volkswagen Passat" minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 may 2022-ci il tarixdə, saat 11:30 radələrində, Şabran şəhərinin X2 küçəsi ərazisində hərəkətdə olduğu zaman zərər çəkmiş şəxs X1 vurub yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyini göstərmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi sübuta yetirildi. Bu səbəbdən də, onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33 maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 113, 117, 128, 130 və 332.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

1. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. İşin baxılması 01 iyul 2022-ci il tarixə, saat 17:50-ə Şabran Rayon Məhkəməsinin binasında təyin edilsin.

3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.

4. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.

Sədrlik edən Çingiz İsgəndərov

3(031)-388/2022

PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə)

“01” iyul 2022-ci il Şabran şəhəri

Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Şabran Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab etdi ki, onun məhkəmə icraatına qəbul edilməsinə yönələn bütün lazım olan tədbirlər görülməlidir. Hakim yerində iş üzrə materialın icraatına qəbul edilməsi və işin məhkəmədə baxılmağa hazırlanması barədə qərardad qəbul etdi.

Hakim Çingiz İsgəndərov AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0115) 3-15-62, Faks: (0115) 3-15-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-388/2022 “01” iyul 2022-ci il

Şabran Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə

BİLDİRİŞ

Şəxs Şabran rayonu, Uzunboyad kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 01 iyul 2022-ci il tarixə, saat 17:50-ə Şabran Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Göstərilən vaxtda məhkəmə iclasına gəlməyiniz tələb olunur.

Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir.

Ünvan: AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 - Şabran Rayon Məhkəməsinin inzibati binası. Hakim Çingiz İsgəndərov

AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0115) 3-15-62, Faks: (0115) 3-15-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-388/2022 “01” iyul 2022-ci il

Şabran Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə

BİLDİRİŞ

Şəxs Şabran rayonu, Uzunboyad kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 13 iyul 2022-ci il tarixə, saat 12:10-a Şabran Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Göstərilən vaxtda məhkəmə iclasına gəlməyiniz tələb olunur.

Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir.

Ünvan: AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 - Şabran Rayon Məhkəməsinin inzibati binası.

Hakim Çingiz İsgəndərov AZƏRBAYCAN RESPUBLİKASİ ŞABRAN RAYON MƏHKƏMƏSİ

AZ 1700, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi, 6 Tel: (0115) 3-15-62, Faks: (0115) 3-15-62 www.shabrancourt.gov.azmailto:contact@shabrancourt.gov.azElektron ünvan

İş № 3(031)-388/2022 “13” iyul 2022-ci il

Şəxs Şabran rayonu, Uzunboyad kəndi

Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, Heydər Əliyev prospekti, 4

Şabran Rayon Məhkəməsinin 3(031)-388/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir.

Qoşma: qərar – 01 vərəq, 01 nüsxə

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar