Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-392/2020 11.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Quba rayonu Xaltan kəndində qeydiyyatda olan və Şabran rayonu Sincanboyad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-822/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx xxxxxx 2011-ci ildə doğulmuş Mikayılova Fidan tərlan qızının, xx xxxxxx 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 93 manat, cəmi 186 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. Borclu Şəxs dəfələrlə rəsmi və şifahi qaydada Şabran rayon İcra Şöbəsinə dəvət edilərək ona icra vərəqəsi üzrə yaranmış borcunu ödəməsi təklif olunmuş, eləcə də borcluya icra ilə əlaqədar hüquq və vəzifələri izah olunaraq ona borcu ödəməkdən boyun qaçırdığı təqdirdə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq borclunun bu günə kimi 15252 manat borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törədən şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-822/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən ondan xx xxxxxx 2011-ci ildə doğulmuş Mikayılova Fidan tərlan qızının, xx xxxxxx 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 93 manat, cəmi 186 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədini icra etməkdən yayınmadığı, həmin icra sənədini bu günədək icra etməmə səbəbinin maddi imkanının olmaması ilə əsaslandıraraq, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Şəxs əməli özünün məhkəmədə verdiyi izahatı ilə yanaşı, işdə olan materiallarla tam sübutdur. Məhkəmə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla Şəxs barəsində inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, hakim QƏRARA ALDİ: 1.İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. 2.İnzibati həbs haqqında qərar dərhal icra edilsin. 3.İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12-20-dən hesablansın. 3.Qərarın icrası Şabran rayon polis şöbəsinə həvalə edilsin. 4.Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apllyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-392/2020
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-392/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver