Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-393/2022 06.07.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxx 1993-c il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 06 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 06 iyul 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməli olsa da, Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərtib etdiyi protokolu müdafiə edərək, Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 olduğunu və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı X5 ödənilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, maddi imkanının pis olması səbəbi ilə həmin icra sənədini bu günədək icra edə bilmədiyini, lakin X6 ilə aralarında Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar razılaşmanın əldə edildiyini bildirərək, barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X1 Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq keçmiş ona ödənilməli olduğunu göstərmiş və Şəxs ilə aralarında həmin icra vərəqəsinin icrası ilə əlaqədar razılaşmanın əldə edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, 03 sentyabr 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X5 ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində icraata 04 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və Şəxs tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bu səbəbdən də, Şəxs barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, Şəxs əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-c maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş 2(031)-377/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra edilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov