Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-4/2023 25.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 56, mənzil 16 olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran rayon prokuroru X1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün 27 dekabr 2022-ci il tarixdə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında materialdan görünür ki, 22 aprel 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 sentyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində yerləşən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məxsus konteyner tipli ofisdə nasaz yük nəqliyyat vasitələrinin təmiri işlərinə cəlb edilməsi səbəbi ilə Şabran rayon prokuroru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 19 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir və həmin qərar baxılması üçün iş üzrə toplanmış materiallar ilə birlikdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Şabran rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilərək məlumat verilmiş, lakin Şabran rayon prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və Şabran rayon prokurorluğundan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Şabran rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə Şabran rayon prokuroru X1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara etiraz edərək 14 dekabr 2022-ci il tarixli iltizamı məhkəməyə təqdim etdi və göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbərliyi və vəzifəli şəxsləri ilə Zərərçəkmiş şəxs arasında hərhansı bir razılaşma münasibətləri olmamışdır. Şəxs əməkdaşı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış şifahi tapşırıq müqaviləsi əsasında sonuncu 17 sentyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində yerləşən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məxsus konteyner tipli ofisdə nasaz yük nəqliyyat vasitələrinin təmiri işləri ilə fərdi qaydada məşğul olmuşdur və bunun müqabilində müvafiq ödənişi 14 dekabr 2022-ci il tarixdə almışdır. Bu halların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçısının dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon prokuroru X1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərardan görünür ki, 22 aprel 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 sentyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində yerləşən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məxsus konteyner tipli ofisdə nasaz yük nəqliyyat vasitələrinin təmiri işlərinə cəlb edilməsi səbəbi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmışdır və həmin qərar baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli iltizamdan görünür ki, 22 aprel 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 17 sentyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində yerləşən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məxsus konteyner tipli ofisdə fərdi qaydada gördüyü işlər ilə bağlı müvafiq ödənişləri alıb və hazırda hər-hansı bir şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs arasında bağlanmış razılaşma əsasında işlər görülməmişdir. Şəxs əməkdaşı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış şifahi tapşırıq müqaviləsi əsasında sonuncu 17 sentyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində yerləşən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məxsus konteyner tipli ofisdə nasaz yük nəqliyyat vasitələrinin təmiri işləri ilə fərdi qaydada məşğul olmuşdur və bunun müqabilində müvafiq ödənişləri 14 dekabr 2022ci il tarixdə almışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsi şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Yəni, Zərərçəkmiş şəxs Şəxs ilə bağladığı şifahi tapşırıq müqaviləsi əsasında müvafiq işləri sonuncu üçün yerinə yetirmişdir və Azərbaycan Respublikasının qanunvericiliyində onlar arasında belə olan halda həmçinin müvafiq əmək müqaviləsinin bağlamasına dair imperativ norma mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov