Məhkəmə qərarları › İş №3(031)-4/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-4/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-4/2025 07.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X6 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini əmək haqqısından tutulmuş 193 (yüz doxsan üç) manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2022-ci il tarixdə özünə məxsus avtomaşınla “İstisu” ərazisindən evinə gəldiyi zaman avtomaşında özünə məxsus tüfəngi və yolda tapdığı bildirçin quşu olub. O, Siyəzən rayonunun Dağquşçu kəndi ərazisində Ekologiya İdarəsində işləyən Elnur və Elşən qardaşlarına rast gəlmiş, onları tanıdığı üçün avtomobili saxlamış, həmin şəxslər onunla görüşüb maşına baxıb tüfəngi və quşu gördükdən sonra tüfəngi və quşu maşından götürmüşlər. Sonradan tüfəngin sənədləri qaydasında olduğundan Siyəzən Rayon Polis Şöbəsindən tüfəngini geri almışdır. İndi ona məlum olmuşdur ki, onu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati qərarla 1000 (min) manat inzibati qaydada cərimə etmiş, guya cəriməni vaxtında ödəmədiyinə görə də 600 (altı yüz) manat da dəbbə pulu hesablanmışdır. Halbuki onun inzibati qaydada cərimə olunmağından məlumatı olmamış, bu barədə qərar ona göndərilməmişdir. Həmin inzibati qərardan onun əmək haqqısından 193 (yüz doxsan üç) manat tutulanda məlumatım olmuş, xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya Şöbəsinə gedərək qərarın surətini almışdır. Ona olmuşdur ki, inzibati xəta haqqında qərar hansı səbəbdənsə 08 (səkkiz) aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən də inzibati qərarın icra olunması üçün təxminən bir il sonra, yəni xx.xx.2024-cü il tarixdə Regional Təhsil İdarəsinə göndərilmişdir. X6 xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati qərarla razı deyil, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini, yəni ov qaydalarını pozmayıb, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməniş, habelə digər ov qaydalarını pozmamışdır. Ona görə də məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini əmək haqqısından tutulmuş 193 (yüz doxsan üç) manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X6 şikayətinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini əmək haqqısından tutulmuş 193 (yüz doxsan üç) manat məbləğində pulun ona geri qaytarılmasını xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq 2022-ci ilin avqust ayında Şabran rayonunun Dağ-Quşçu kəndi ərazisində ov etmədiyini, özünə məxsus nəqliyyat vasitəsi ilə “İstisu” ərazisindən evinə gəldiyi zaman tapdığı 01 (bir) ədəd kəklik quşunu maşınına qoyduğunu, həmin quşu ovlamadığını və tapdığı zaman quşun artıq ölü olduğunu, tapdığı quşun ona geri qaytarılmadığını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ona xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya Şöbəsində təqdim edildiyini bildirmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 12:15-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasının keçirilmə vaxtı və yeri barəsində bildiriş yerləşdirilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - Şabran Rayon Məhkəməsinin 3(031)-461/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış hazırkı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 12:15-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasının keçirilmə vaxtı və yeri barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə elektron imza vasitəsi ilə imzalanmışdır. - “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetlərinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırki işi üzrə xx.xx.2025-ci il tarixə, saat 12:15-ə təyin edilmiş açıq məhkəmə baxışı iclasının keçirilmə vaxtı və yeri barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, həmin qərarın X3 təqdim edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə sözü gedən qərarın surətinin X3 xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya Şöbəsində təqdim edildiyi və sonuncununda həmin qərardan şikayətlə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etdiyi aşkar edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş 10 (on) günlük müddət ötürülməmişdir və həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət X6 tərəfindən ötürülmədiyindən buraxılmış prosessual müddətin bərpa edilməsinə ehtiyac yoxdur. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən Siyəzən rayonunun Dağ-Quşçu kəndindən qərb istiqamətində çayın kənarında 01 (bir) ədəd kəklik quşunun ovlanması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonunun Dağ-Quşçu kəndindən qərb istiqamətində çayın kənarında 01 (bir) ədəd kəklik quşunun ovlanması səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, Ç-İP/4423-008-843 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Şabran Rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli, 134930/2023 nömrəli məktubdan görünür ki, Şabran Rayon icra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə X2 aylıq əmək haqqısından müvafiq tutulmaların aparılması məqsədi ilə həmin qərarı X9 Təhsil İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X2 məhkəmə iclasında verdiyi izahatda 2022-ci ilin avqust ayında Şabran rayonunun Dağ-Quşçu kəndi ərazisində ov etmədiyini, özünə məxsus nəqliyyat vasitəsi ilə “İstisu” ərazisindən evinə gəldiyi zaman tapdığı 01 (bir) ədəd kəklik quşunu maşınına qoyduğunu, həmin quşu ovlamadığını və tapdığı zaman quşun artıq ölü olduğunu bildirsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bu halları təqzib edən, o cümlədən qərardan şikayət verən şəxs X2 2022-ci ilin avqust ayında Şabran rayonunun Dağ-Quşçu kəndi ərazisində ov etməsini təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının “Ovçuluq haqqında” xx.xx.2004-cü il tarixli, 637-İİQ nömrəli Qanununun: 1.0.1-ci maddəsin ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. 5.1-ci maddəsinə əsasən ov yerlərində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ov obyektinə aid edilmiş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, sümükləri, həyat fəaliyyətinin məhsulları, habelə məskunlaşma yerləri ovçuluq fəaliyyətinin obyektləridir. 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridir. 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının “Ovçuluq haqqında” xx.xx.2004-cü il tarixli, 637-İİQ nömrəli Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndinə əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın subyekti qismində çıxış edə bilərlər. Lakin həmin maddədə müəyyən edilmiş xətaya, yəni ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə tətbiq olunacaq tənbeh növünün seçilməsi zamanı Məcəllənin başqa maddələrinin, o cümlədən 27.1-ci maddənin tələblərinə şərtsiz riayət olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilməli olsa da, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bu maddəsinin müddəası kobud sürətdə pozulmaqla, faktiki olaraq X2 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kəklik quşu müsadirə edilmiş və geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərində olsa da, sonuncu X6 tərəfindən 2022-ci ilin avqust ayında Şabran rayonunun Dağ-Quşçu kəndi ərazisində ov edilməsini və yaxud ov edildiyi zaman ov etmək qaydalarının kobud şəkildə pozulmasını, habelə onun tərəfindən digər ov qaydalarının müntəzəm pozulmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla yanaşı X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu baxılması üçün məhkəməyə göndərilməsi əvəzinə formal olaraq xx.xx.2022-ci il tarixdə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, həmin qərar qəbul edildiyi zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinin tələbləri kobud şəkildə pozulmaqla faktiki olaraq X2 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kəklik quşu müsadirə edilmiş və qəbul edilmiş qərar sadəcə xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Şabran Rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. Bunun əksinə X6 məhkəmə iclasında verdiyi izahatda ona istinad edilən əməli törətdiyini inkar etmiş və yuxarıda qeyd edilmiş pozuntulara dair sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməli, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv ediləcəyindən həmin qərara əsasən X2 əmək haqqısından tutulmuş 193 (yüz doxsan üç) manat məbləğində pul ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X2 əmək haqqısından tutulmuş 193 (yüz doxsan üç) manat məbləğində pul ona geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar