Məhkəmə qərarları › İş №3(031)-407/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-407/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-407/2020 21.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlu, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs: xx.xx.1984-cü ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 4-də yaşayan Şəxs barəsində Şabran rayon icra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-501/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-501/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs «xxxxxxxxxxxxxxx» ASC-yə ödədiyi 3050 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X1 verilməli olduğu halda, sözü gedən şəxsin həmin icra vərəqəsini icra etməkdən boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-501/2019 saylı, xx xxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan «xxxxxxxxxxxxxxx» ASC-yə ödədiyi 3050 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X1 verilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədini icra etməkdən yayınmadığı, həmin icra sənədini bu günədək icra etməmə səbəbinin maddi imkanının olmaması ilə əsaslandıraraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməli özünün məhkəmədə verdiyi izahatı ilə yanaşı, işdə olan materiallarla tam sübutdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə işin hallarına görə və inzibati xətanı törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini nəzərə alınaraq, Şəxs barəsində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, hakim QƏRARA ALDİ: 1.İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. 2.Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar