Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-407/2025 02.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə Qərardan şikayət verən şəxs X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29920487 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29920487 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “DAF” markalı, **-YJ-*** qeydiyyat nişanlı avtomaşın yük daşınması İlə məşğul olur. Həmin avtomaşın X3 mülkiyyətindədir. O, həmin avtomaşını etibarnamə əsasında idarə edir. 13 avqust 2025-ci il tarixdə həmin avtomaşınla yük daşıyarkən Şabran rayonu, Mollakamallı ərazisində X13 əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilməsi barədə qərar qəbul edilmiş, həmin gün onun telefonuna cərimə edilməsi barədə məlumat daxil olmuşdur. Qərardan belə məlum olur ki, güya İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsinin tələblərini pozaraq 13 avqust 2025-ci il tarixdə idarə etdiyi avtomaşına qanunla müəyyən edilmiş çəki həddindən artıq yük vurulmuşdur. Qərarda göstərilir ki, avtomaşına 39 ton 620 kiloqram yük vurulmuşdur. Avtomaşına artıq yük vurulduğu üçün 600 manat həcmində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanusuz və əsassızdır. Belə ki, idarə etdiyim avtomaşın dartıcı, 5 oxlu (iki oxlu avtomaşın üç oxlu qoşqu ilə) uzunluğu 10 metr, eni 2 metr 50 santimetr, hündürlüyü 4 metr tipi yəhərli, dartıcı qoşqulu, təyinatı özüboşaldan avtomaşındır. Qeyd edilən göstəriciləri olan avtomaşının maksimum yük həddi 42 tondur. Qərarından şikayət verilən orqan və qərardan şikayət verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və X7 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29920487 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrdən görünür ki, X4 tərəfindən “DAF FT XF 105.460” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Polkon NW 192” markalı, **-YJ- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X6 verilmişdir. Etibarnamələr xx.xx.2034-cü il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 həqiqətən Yevlax şəhəri, H.Əliyev prospekti, 23/11 nömrəli ünvanda qeydiyyatdadır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF FT XF 105.460” markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Polkon NW 192” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi X2 məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29920487 nömrəli inzibati tənbeh vermə haqqında qərara dair SMS bildirişin surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 588 nömrəli nömrəli qəbzdən görünür ki, "xxxx" MMC-yə məxsus tərəzidə xx.xx.2025-ci il tarixdə, saat 09:47:30-da giriş və saat 09:57:55-də çıxış zamanı **-FQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39460 kq müəyyən edilmişdir. İş materiallarında olan 2345 nömrəli qəbzdən görünür ki, “Azər Kariyer”ə məxsus tərəzidə xx.xx.2025-ci il tarixdə, saat 13:42-də **-FQ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39280 kq müəyyən edilmişdir. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” X12 tərəfindən verilən xx.xx.2025-ci il tarixli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, Bakı- Quba avtomobil yolunun 129-cu kilometrliyində (Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti) AYNA tərəfindən qurularaq DYP-yə inteqrasiya olunmuş “Kistler 9835A” tipli hərəkət halında çəki ölçmə nəzarət sisteminin (dinamik tərəzi) yoxlanılması üçün "xxxx" MMC tərəfindən AzMİ-yə daxil olmuş müraciət məktubuna əsasən sözügedən dinamik tərəzi AzMİ tərəfindən yoxlanılaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində şəhadətnamələr təqdim edilmişdir. “Azər Kariyer” və "xxxx" MMC tərəfindən son 1 il (xx.xx.2024-xx.xx.2025-ci il) ərzində tərəzinin yoxlanılması ilə əlaqədar AzMİ-yə və onun strukturuna daxil olan regional ərazi idarələrinə heç bir müraciət məktubu daxil olmamış və AzMİ tərəfindən sözügedən tərəziyə yoxlanılma haqqında şəhadətnamə verilməmişdir. Yəni sözügedən tərəzinin yararlı olub-olmaması barədə tərəflərində heç bir məlumat yoxdur. İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” X12 tərəfindən verilən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrdən görünür ki, Bakı-Quba avtomobil yolunun 129-cu kilometrliyində (Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti) AYNA tərəfindən qurularaq DYP-yə inteqrasiya olunmuş “Kistler 9835A” tipli hərəkət halında çəki ölçmə nəzarət sistemi (dinamik tərəzi) AzMİ tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Sözügedən nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin qəbzlərdə 39280 kq və 39460 kq təşkil etməsi göstərilsə də, bunun həqiqəti əks etdirib-etdirməməsi müəyyən deyil. Belə ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi real vaxt rejimində işləyən kamera və elektron tərəzi vasitəsi ilə çəkilərkən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Bundan əlavə “Azərbaycan Metrologiya İnstitutu” X12 tərəfindən verilən məktuba əsasən Bakı-Quba avtomobil yolunun 129-cu kilometrliyində (Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqaməti) AYNA tərəfindən qurularaq DYP-yə inteqrasiya olunmuş “Kistler 9835A” tipli hərəkət halında çəki ölçmə nəzarət sisteminin (dinamik tərəzi) yoxlanılması barədə ona şəhadətnamə təqdim olunmuş, lakin “Azər Kariyer” və "xxxx" MMC tərəfindən son 1 il (xx.xx.2024-xx.xx.2025-ci il) ərzində tərəzinin yoxlanılması ilə əlaqədar AzMİ-yə və onun strukturuna daxil olan regional ərazi idarələrinə heç bir müraciət məktubu daxil olmamış və AzMİ tərəfindən sözügedən tərəziyə yoxlanılma haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 353.2-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 tərəfindən sözügedən inzibati xəta törədilmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X5 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29920487 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-407/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-407/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver