Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-415/2023 05.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi " xxxxxxx” olan, xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunu bel ilə bir neçə yerdən qırması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərtib elədiyi protokolu müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında torpaq mübahisə mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunu bel ilə bir neçə yerdən qırması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Faktla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə edilmiş müraciət ilə bağlı müvafiq araşdırma aparılmış, toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinə göndərilmişdir. Bu səbəbdən də onun tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmənin müvafiq qərarı ilə həmin inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmışdır. İnzibati xəta haqqında materialın qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair onun tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə təkrarən məhkəməyə təqdim edilmişdir. Xahiş edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilsin. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunu bel ilə bir neçə yerdən qırması əməlinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədildiyinin Şabran Rayon Polis X6 təhqiqatçısı X8 tərəfindən icraatında olan HK-1/835,837 saylı material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi" haqqında qərar ilə öz təsdiqini tapdığını və həmin qərar əsasında onun tərəfindən hazır ki iş üzrə müvafiq inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək fotoşəkilləri, Şabran rayon İcra Hakimiyyəti Başçısının X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş 164 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın, 5-74/2-344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun, qəbzin və Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 153 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamının surətlərini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, 2019-cu ildə onun mülkiyyətində olan və Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində yerləşən torpaq sahəsini Zərərçəkmiş şəxs 03 (üç) il müddətinə icarəyə verib. Lakin artıq 03 (üç) ildən artıq müddət kəmçəsinə baxmayaraq, Zərərçəkmiş şəxs həmin torpaq sahəsini ona geri qaytarmaq istəmir. Bu məsələ ilə bağlı aralarında münaqişə yaranıb, lakin o, Zərərçəkmiş şəxs məxsus hər-hansı bir su borusunu zədələməyib. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik dənin sualına cavab olaraq Zərərçəkmiş şəxs məxsus hər-hansı bir torbanı qırmadığını, sadəcə onun torpağından keçən boruları çıxardıb səliqə ilə kənara yığdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində yerləşən torpaq sahəsini suvarılması məqsədi ilə çəkdirdiyi 400 (dörd yüz) metr uzunluqda su borusunun Şəxs tərəfindən bel ilə bir neçə yerdən qırıldığını aşkar edib. Bu səbəbdən də o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət edib. Xahiş edir ki, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülsün. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq 400 (dörd yüz) metr uzunluqda su borusunun 06 (altı) metr uzunluqda torbalar ilə çəkildiyini, Şəxs da həmin torbalarının hamısını qarıdığını, Şəxs torpaq sahəsindən çıxardıb qırağa yığdığı torbaları ilə bağlı yox, onun tərəfindən yararsız hala salınmış 400 (dörd yüz) metr uzunluqda su borusu ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, Şəxs həmin torbaları qırdığını öz gözü ilə görməsə də, aralarında olan torpaq mübahisəsinin və Şəxs bundan qabaq törətdiyi əməllərin ona torbaların Şəxs tərəfindən qırılması qənaətinə gəlməyə imkan verdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Polis X6 təhqiqatçısı X8 tərəfindən icraatında olan HK-1/835,837 saylı material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi" haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunu bel ilə bir neçə yerdən qırması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və Şabran Rayon Polis X6 təhqiqatçısı X8 tərəfindən icraatında olan HK-1/835,837 saylı material nəzərdən keçirilərək qəbul etdiyi xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi" haqqında qərara əsasən müraciət ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. - Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunu bel ilə bir neçə yerdən qırması nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Bu fakt Şabran Rayon Polis X6 təhqiqatçısı X8 tərəfindən icraatında olan HK-1/835,837 saylı material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi" haqqında qərar ilə öz təsdiqini tapır. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-323/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər inzibati xəta haqqında material natamam olduğu üçün Şabran Rayon Polis Şöbəsinə geri qaytarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şabran Rayon Polis X6 təhqiqatçısı X8 icraatında olan HK-1/835,837 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2023-cü il tarixli "cinayət təqibinin başlanmasının rədd edilməsi" haqqında qərarda hansı sübutlar əsasında hazır ki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunun bel ilə bir neçə yerdən qırması qənaətinə gəlindiyinə dair bir əsaslandırma aparılmamış və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərəfindən də məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı hazırki inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli sorğu əsasında Şabran Rayon Polis Şöbəsinin rəisi X1 xx.xx.2023-cü il tarixli, 3-13-107/2-15196/23 nömrəli müşayiət məktubu ilə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş Şabran Rayon Polis Şöbəsinin HK-1/835,837 saylı materialında olan sənədlər məhkəmə iclasında araşdırılarkən, həmin materialda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 400 (dörd yüz) metr uzunluqda su borusunun bel ilə bir neçə yerdən qırmasını təsdiq edən hər-hansı bir mötəbər sübut aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddıəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şabran Rayon Polis Şöbəsi tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Şabran Rayon Polis Şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, hazır ki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
X12