Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-419/2023 05.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2-2(105)-02/2019 nömrəli icra vərəqəsi üzrə 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində ödənilməmiş borcunun yaranmasına baxmayaraq, o, həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2-2(105)-02/2019 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində pul vəsaitləri alınaraq zərər çəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla Şabran rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatda maddi vəziyyətinin ağır olması səbəbi ilə icra sənədini icra edə bilmədiyini göstərmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2- 2(105)-02/2019 nömrəli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında etməməsi səbəbi ilə sözü gedən icra sənədi üzrə 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Göstərilənlər xüsusiyyətləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə göstərmişdir ki, icra vərəqəsindən və icra vərəqəsi üzrə olan borcundan xəbəri var. Lakin hazırda maddi vəziyyəti çox ağırdır və həmin icra sənədini icra etmək iqtidarında deyil. Bundan sonra imkanı çatdığı qədər hissə-hissə ödənişlər edərək sözü gedən icra sənədi üzrə borcunu ödəməyə çalışacaq. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2- 2(105)-02/2019 nömrəli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində pul vəsaitləri alınaraq zərər çəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatların təsdiq olunmuş surətindən görünür ki, o, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2-2(105)-02/2019 nömrəli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2-2(105)-02/2019 nömrəli icra vərəqəsinə əsasən Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində pul vəsaitləri alınaraq zərər çəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda Şəxs Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 2-2(105)-02/2019 nömrəli icra vərəqəsi üzrə 29639 (iyirmi doqquz min altı yüz otuz doqquz) ABŞ dolları və 20 (iyirmi) manat məbləğində ödənilməmiş borcu yaranıb. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" 27 dekabr 2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
X8