Məhkəmə qərarları › İş №3(031)-421/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-421/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-421/2024 28.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 28904 (iyirmi səkkiz min doqquz yüz dörd) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq, o, icra məmurunun həmin icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, şəxs Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 28904 (iyirmi səkkiz min doqquz yüz dörd) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq həmin icra sənədini qərəzli olaraq icra etmədiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, onun Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 28904 (iyirmi səkkiz min doqquz yüz dörd) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin o, hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə zərər çəkmiş şəxs X2 ödəniş etmişdir və X3 da Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı ərizəsində onun həbs edilməsini istəmədiyini və icra sənədi üzrə ödənişləri edə bilməsi üçün ona ikinci dəfə şans verilməsini istədiyini bildirmişdir. Bu halların nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Rusiya Federasiyasının Primorsk Vilayətinin Arsenyev şəhər Məhkəmə rayonunun 30 saylı məhkəmə sahəsinin Şəxs alimentin tutulmasına dair xx.xx.2016-cı il tarixli qərarı alimentin və dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikasında tanınmışdır və icra edilməlidir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-83/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, həmin qərarda Rusiya Federasiyasının Primorsk Vilayətinin Arsenyev şəhər Məhkəmə rayonunun 30 saylı məhkəmə sahəsinin Şəxs alimentin tutulmasına dair xx.xx.2016-cı il tarixli qərarı alimentin və dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikasında tanınması və icra edilməsi qərara alınmışdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 28904 (iyirmi səkkiz min doqquz yüz dörd) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq, o, icra məmurunun həmin icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X1 Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ona ödəniş etdiyini, Şəxs həbs edilməsini istəmədiyini və icra sənədi üzrə ödənişləri edə bilməsi üçün ona ikinci dəfə şans verilməsini istədiyini bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-83/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Rusiya Federasiyasının Primorsk Vilayətinin Arsenyev şəhər Məhkəmə rayonunun 30 saylı məhkəmə sahəsinin Şəxs alimentin tutulmasına dair xx.xx.2016-cı il tarixli qərarı alimentin və dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikasında tanınmış və icra edilməsi qərara alınmışdır. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi verilmişdir. Şəxs isə həmin icra sənədi üzrə 28904 (iyirmi səkkiz min doqquz yüz dörd) manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəbi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X1 Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcunun bir hissəsini ödəmişdir və zərər çəkmiş şəxs həmin ərizədə onun həbs edilməsini istəmədiyini bildirmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 6cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" xx.xx.2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsAslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsAslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)- 83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X1 Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-83/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcunun bir hissəsini ödəməsini və zərər çəkmiş şəxsin həmin ərizədə onun həbs edilməsini istəmədiyini bildirməsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar