Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-427/2023 25.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Dəvəçi rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Zeyvə kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsici-deşici xəsarətlər yetirərək həmin heyvanlarla rəhmsiz davranmış və onları şikəst etmişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvanlar xx.xx.2023-cü il tarixdə itiblər səhər saatlarında itiblər, bundan sonra həmin günü axşam saatlarında tapılıblar. Zərərçəkmiş şəxs həmin heyvanları tapdıqdan sonra onların üzərilərində xəsarətlər aşkar edib və bu hadisədən 03 (gün) gün sonra onu heyvalara xəsarət yetirməkdə günahlandırmağa başlayıb. O, Zərərçəkmiş şəxs heyvanlarına hər-hansı bir xəsarət yetirməyib və həmin heyvanlara kimin xəsarət yetirdiyini bilmir. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs şikayəti əsasında onun tövləsində keçirilmiş baxış nəticəsində aşkar edilmiş qan ləkələrinin kimə məxsus olduğunu bilmədiyi üçün həmin qanın kimsə tərəfindən məqsədyönlü şəkildə ora töküldüyünü bildirdiyini, həmin tövlədə mütəmadi olaraq öz təsərrüfatında olan toyuqları kəsdiyini, Zərərçəkmiş şəxs heyvanlarına hər-hansı bir xəsarət yetirmədiyini, xx.xx.2023cü il tarixdə ümumiyyətlə gün ərzində evdə olmadığını və axşam saat təqribən 07-08 radələrində evə qayıtdığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2023cü il tarixdə səhər saatlarında örüşə buraxdığı 03 (üç) baş iribuynuzlu heyvanlardan 02 (iki) baş iribuynuzlu heyvan axşam evə qayıtmadığı və həmin heyvanları tapdıqları zaman onlara xəsarətlər yetirildiyini aşkar etdiklərini göstərmiş və həmin xəsarətlərin Şəxs tərəfindən törədildiyini nəzərə alaraq onun barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, Şəxs ilə aralarında hər-hansı bir düşmənçiliyin olmadığını, lakin 02 (iki) baş iribuynuzlu heyvanın qan izlərinin Şəxs evinə apardığını, Şabran Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 ilə birlikdə Şəxs evindəki tövləyə baxış keçirdikləri zaman tövlədə də qan izləri aşkar etdiklərini, bununla yanaşı xx.xx.2023-cü il tarixdə havanın yağmurlu olduğundan yerin palçıqlı olduğunu, Şəxs evinə baxış keçirdikləri zaman evin yanındakı bostanda həmin bostana daxil olmuş inəklərin izlərinin aşkar surətdə göründüyünü, bu səbəbdən onun 02 (iki) baş iribuynuzlu heyvanın Şəxs bostanına girdikləri və Şəxs da buna cavab olaraq həmin heyvanlara xəsarət yetirdiyi qənaətinə gəldiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 icraatında olan HK- 1/1030 saylı material üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsici-deşici xəsarətlər yetirilməsi faktı ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus tövlədə keçirilmiş baxış nəticəsində həmin tövlənin giriş hissəsində və içərisində qan ləkələri aşkar edilmişdir. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus Şabran rayonunun Zeyvə kəndi ərazisində yerləşən tövlədə çəkilmiş fotoşəkillərdən görünür ki, sözü gedən tövlənin giriş hissəsində və içərisində qan ləkələri mövcuddur. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Qarar Xidmətlər Agentliyinin Şabran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22-1-2-51/02-127/2023 nömrəli rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana – ana inəklərinə, baytar tərəfindən keçirilmiş baxış nəticəsində 01 (bir) baş inək sarı-qaşqa sağ tərəfindən bel nahiyyəsinə yaxın və qarın divarı nahiyyəsində qabırğalarının üstündən, digər inək sarı-ala arxa hissədə sağ çanaq əzələsi hissəsində olmaqla hər iki inəkdə dərinin orta dərəcədə 8-10 santimetr uzunluqda kəsilməsi aşkar edilmiş və həmin xəsarətlərin hər iki heyvan üçün həyati təhlükəsi olmadığı müəyyənləşdirilmişdir. Bununla yanaşı heyvaların bir həftə ərzində müalicəsinin aparılmasının mütləq olduğu heyvanların sahibinə bildirilmişdir. - Şabran Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X4 icraatında olan HK-1/1030 saylı material üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsici-deşici xəsarətlər yetirilməsi faktı ilə bağlı bu əməli törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair göstərişin verilməsi xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsici-deşici xəsarətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yetirilməsi aşkar edilmişdir. - Şabran Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X4 icraatında olan HK-1/1030 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müraciəti əsasında ona məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsicideşici xəsarətlərin yetirilməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması müəyyən edildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Zeyvə kəndi ərazisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 02 (iki) baş iribuynuzlu heyvana kəsici-deşici xəsarətlər yetirərək həmin heyvanlarla rəhmsiz davranmış və onları şikəst etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Beləliklə proses iştirakçılarının izahatları və məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heyvanlarla rəhmsiz davranmaqla onların şikəst etməsi sübuta yetirildi. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128-130 və 274-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(031)-427/2023
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-427/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver