Məhkəmə qərarları › İş №3(031)-428/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-428/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-428/2025 03.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X3 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin GP seriyalı, 32771520 saylı xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə alıb. Həmin qərara əsasən onun barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixdə GP seriyalı, 32771520 nömrəli protokolla bağlı qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətməsi ilə bağlı qərar qəbul etmiş və o, 540 (beş yüz qırx) manat cərimə olunmuşdur. X3 həmin qərarı əsassız olduğunu və həmin qərarın qərəzli olaraq yazıldığın hesab edir. Çünki o, həmin gün tərəzidən keçmiş, yükü qərarda qeyd olunan limitdən daha az olmuş və buna sübut olaraq tərəzi qəbzim də vardır. Həmin gün yükü 31600 kiloqram olub və bu təyin olunan 32 ton limitdən daha da azdır. Ona görə də onun hüquqları pozulduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin GP seriyalı, 32771520 saylı, xx.xx.2025-ci il tarixli qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə hazırkı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 qərarından görünür ki, həmin qərara əsasən X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı materialın aidiyyəti üzrə Şabran rayonuna göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və tərəzi göstəricilərindən görünür ki, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 16:33:13-də Ml 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisi 34350 kiloqram olmuşdur. - 51435 saylı tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:33:07-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 31600 kiloqram olmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına olan sənədlərə əsasən X3 idarə etdiyi **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 16:33:13-də M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisinin 34350 kiloqram olması səbəbi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilənərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsə də, o, hazırkı iş üzrə şikayət ərizəsində həmin qərarın yox iş üzrə materialın baxılması üçün göndərilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 qərardan şikayət vermiş və şikayətində də xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı qərarın yox materialın baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı X3 tərəfindən məhkəməyə təqdim edilmiş 51435 saylı tərəzi qəbzində xx.xx.2025-ci il tarixdə, saat 15:33:07-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 31600 kiloqram olduğu qeyd edilsə də, qərardan şikayət verən şəxs X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:33:13-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış (kamera vasitəsi ilə çəkilmiş fotoşəkillər və tərəzi göstəriciləri) və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X4) 2 nömrəli cədvələ əsasən dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil avtomobillər üçün X1 X4 32 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:33:13-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi 51435 saylı tərəzi qəbzində isə **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 15:33:07-də olan çəkisi qeyd edilmişdir. Həmin zaman kəsiyinin olması, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta tərkibinin olmasına dair çəkiliş və qeydlərin mövcudluğunun təsdiqi inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsasların olmadığı qənaətini formalaşdırır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 3, 12, 76, 84, 129, 130, 134,135 və 353.2-ci maddələrinin tələblərini və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 M-l 129-cu kilometrində, yəni Şabran rayonunun Mollakamallı kəndi ərazisində Bakı istiqamətində xx.xx.2025-ci il tarixdə, saat 16:33:13-də **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman ağırçəkili nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə etdiyi üçün (nəqliyyat vasitəsinin həmin vaxt çəkisinin 32 tondan artıq olması səbəbi ilə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30710825 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırkı iş üzrə şikayətdə isə ləğv edilməsi xahiş olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 qərarı X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı yox, onun barəsində olan materialın baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilmişdir. Bu səbəbdən də, X2 şikayəti rədd edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, GP seriyalı, 32771520 saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar