Məhkəmə qərarları › İş №3(031)-430/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-430/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-430/2023 20.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 1020 (min iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2252 (iki min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)- 396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1126 (min yüz iyirmi altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "X4" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədləri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarlarla icraata başlanılmış və xx.xx.2023-cü il tarixli qərarla icra sənədləri ümumi bir icraata birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra sənədləri üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 3968 (üç min doqquz yüz altmış səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ödənilməmiş pul borcu yaranmasına baxmayaraq, o, həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 1020 (min iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2252 (iki min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)- 396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1126 (min yüz iyirmi altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "X4" Açıq Səhmdar Cəmiyyətinə, ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarla Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarla isə Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış, həmin icra sənədləri üzrə tələblərin könüllü icrası haqqında bildirişlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar ilə sözü gedən icra sənədləri bir icraatda birləşdirilmişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra sənədləri üzrə ümumilikdə 3968 (üç min doqquz yüz altmış səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ödənilməmiş pul borcu yaranmışdır və o, icra sənədləri icra etməkdən qərəzli olaraq boyun qaçırır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında qeyd etmişdir ki, icra sənədlərindən və həmin icra sənədlərində göstərilən tələblərdən xəbəri var. Lakin hazırda heç bir yerdə işləmir, İİİ qrup əlil olduğu üçün özünə yeni iş tapmaqda çətinlik çəkir və bu səbəblərdən də maddi vəziyyəti çox ağırdır. Sözü gedən icra sənədləri üzrə yaranmış borcların birdəfəlik ödəniş edilərək ödənilməsi onun maddi imkanı xaricindədir. Hər ay hissə-hissə ödənişlər edərək həmin icra sənədlərini icra edə bilər. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Bundan əlavə, sədrlik edənin suallarına cavab olaraq hazırda İİİ qrup əlil olduğunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməyəcəyini və əlilliyi ilə bağlı aldığı pensiyanın ona ödənilməsinin hazırda dayandırıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2252 (iki min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməlidir. Şəxs həmin puldan bu günədək sadəcə 100 (bir yüz) manat məbləğində ödəniş edib. O, sözü gedən pulun ona hissə-hissə ödənilməsini istəmir və Şəxs ona olan borcunu tam şəkildə ödəməsini tələb edir. Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Şəxs hazırda ona 2152 (iki min yüz əlli iki) manat məbləğində borcu olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1020 (min iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)- 197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2252 (iki min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)- 396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1126 (bir min yüz iyirmi altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "X4" Açıq Səhmdar Cəmiyyətinə, ödənilməlidir. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədlərin ümumi icraatda birləşdirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ümumi icraatda birləşdirilmişdirlər. -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatların təsdiq olunmuş surətlərindən görünür ki, o, Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydində, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsində və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələblər və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqələri üzrə ümumilikdə 3968 (üç min doqquz yüz altmış səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ödənilməmiş pul borcu yaranmasına baxmayaraq, o, həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və 8İ-5681 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 1020 (bir min iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2(031)-197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2252 (iki min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş e-2(031)-396/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1126 (bir min yüz iyirmi altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs "X4" Açıq Səhmdar Cəmiyyətinə, ödənilməlidir. Həmin icra sənədləri üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla Şabran rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra sənədlərində göstərilən tələbləri könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək həmin icra sənədlərini tam şəkildə icra etməmiş və onun hazırda həmin icra sənədləri üzrə ümumilikdə 3968 (üç min doqquz yüz altmış səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində borcu yaranmışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" 27 dekabr 2001-ci il tarixli, 243-İİQ nömrəli Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:35-dən hesablansın.

4. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar