Məhkəmə qərarları › İş №3(031)-446/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-446/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-446/2023 27.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X6 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunun Qazbabalı kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi X15 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində, Şabran rayonunun Qazbabalı kəndi ərazisində zərər çəkmiş şəxs X14 ilə mübahisə etdiyi zaman, zərər çəkmiş şəxsi vuraraq, qəsdən X10 fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi X15 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə, saat 21:30 radələrində, Şabran rayonunun Qazbabalı kəndi ərazisində zərər çəkmiş şəxs X10 fiziki ağrı yetirdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində, Şabran rayonunun Qazbabalı kəndi ərazisində X14 ilə aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirilmədiyini bildirmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, əlilliyinin olmadığını və zərər çəkmiş şəxs X14 ilə aralarında barışığın əldə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X2 Müşfiq İmaməli oğlunun xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Şabran rayonunun Qazbabalı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı onu vurması nəticəsində onun sağlamlığına "az ağır" zərər dəydiyini göstərmiş və Şəxs törətdiyi əməldə cinayət əlamətləri olduğunu nəzərə alaraq materialların prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar edildiyindən, hazırki iş üzrə icraata xitam verilməli və iş üzrə material prokurora göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən verilmiş 175 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizasında zərər çəkmiş şəxs X6 bədən səthində başın alın və təpə nahiyyəsinin, sağ saidin hərəsinin bir ədəd sıyrılmış yaraları, sağ əlin arxa səthinin 5-ci barmağının arxa səthinin açıcı vətərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası aşkar edilmişdir. Sağ əlin arxa səthinin 5-ci barmağının arxa səthinin açıcı vətərin kəsiyi ilə müşayiət olunan kəsilmiş yara kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan "az ağır" zərər vurmaya aid edilir. Başın alın və təpə nahiyyəsinin, sağ saidin hərəsinin bir ədəd sıyrılmış yaraları, bərk küt əşyanın (əşyaların) təsirindən törətmişdir, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. - Şabran Rayon Polis X8 X1 icraatında olan HK-1/876,878 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2023-cü il tarixli "cinayət təqibini başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, eyni zamanda həmin əməldə inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X4 Bölməsinə göndərilmişdir. - Şabran Rayon Polis X4 Bölməsinin sahə rəisi X15 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində, Şabran rayonunun Qazbabalı kəndi ərazisində zərər çəkmiş şəxs X14 ilə mübahisə etdiyi zaman, zərər çəkmiş şəxsi vuraraq, qəsdən X10 fiziki ağrı yetirməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 157-ci maddəsinin “Qeyd” –inə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Beləliklə məhkəmə hazırki iş üzrə məhkəmə baxışı iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu nəzərə alaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və digər iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs X14 arasında xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində, Şabran rayonunun Qazbabalı kəndi ərazisində mübahisə baş verdiyi və məhkəmə-tibbi ekspertizasında zərər çəkmiş şəxs X6 bədən səthində törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn və səhhətin uzun müddətə pozulmasına səbəb olan "az ağır" zərər vurmaya aid edilən xəsarətin aşkar edildiyi müəyyən edildiyindən, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri aşkar edilməsi səbəbi ilə hazırki iş üzrə icraata xitam verilməli və iş üzrə material Şabran rayon prokuroruna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 114, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta haqqında işdə cinayətin əlamətləri aşkar edildiyindən xitam verilsin və iş üzrə material Şabran rayon prokuroruna göndərilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar