Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-446/2025 02.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə Qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30416019 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30416019 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında “Mercedes Benz 1840” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonundan Bakı istiqamətində yüklə dolu nəqliyyat vasitəsi hərəkətdə olarkən Şabran rayonunun Mollakamallı kənd ərazisində “SMSRadar” vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində cərimə yazılması ilə bağlı mesaj göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi güya yük maşınında olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün çəkisi də güya 42860 kq olduğu qeyd edilərək DİN-in Baş X10 idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ30416019 saylı elektron qərar qəbul edilmişdir. Belə ki, “Mercedes Benz 1840” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 5 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə, ümumilikdə 40000 kq çəkiyə qədər yük vurula bilər (8000x5=40000+5%), (2000 kq). “Mercedes Benz 1840” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində tərəzi qəbzindən də görünür ki, brutto 39640 kq, tara 14600 kq, netto 25040 kq olmuşdur. Bakı şəhəri istiqamətində dayanmadan hərəkəti davam etdirərək Yaşma ərazisində yerləşən radarla təmin olunmuş tərəzidən keçmiş, hərhansı nöqsan aşkar olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən sözügedən qərar qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq da bildirir ki, “Mercedes Benz 1840” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibarnamə ilə idarə edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməli və X5 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30416019 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə X3 məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrdən görünür ki, X7 tərəfindən “Mercedes Benz 1840” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Schmitz” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X3 verilmişdir. Etibarnamələr xx.xx.2035-ci il tarixədək qüvvədədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 1840” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “Schmitz” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi X4 məxsusdur İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30416019 nömrəli inzibati tənbeh vermə haqqında qərara dair SMS bildirişdən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:22:35-də “Mercedes Benz 1840” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 42860 kq müəyyən edilmişdir. İş materiallarında olan 28212 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:19:27-də giriş və saat 10:19:45-də çıxış zamanı **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39640 kq müəyyən edilmişdir. İş materiallarında olan 39961 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:25-də **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39880 kq müəyyən edilmişdir. İş materiallarında olan 21869 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:02-də ilk çəkim və saat 14:34-də son çəkim zamanı **-XB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 39200 kq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Göründüyü kimi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, həmçinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. X2 məhkəməyə təqdim etdiyi həqiqiliyi nə qədər doğru olduğu bilinməyən (yalnız surətdən ibarət heç bir möhürlə təsdiq edilməyən) qəbzlər mötəbər sübut kimi qiymətləndirilə və elektron qərarın ləğv edilməsi əsası kimi qəbul edilə bilməz. Sözügedən tərəzi qəbzlərinin hansı xüsusi texniki vasitə ilə çəkildiyi və həmin xüsusi texniki vasitənin sertifikatının olub-olmaması barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə bu cür inzibati xətalar yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nəzarətinə inteqrasiya olunmuş kameralar vasitəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 353.2-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən sözügedən inzibati xəta törədilmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30416019 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-446/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-446/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver