Məhkəmə qərarları › İş №3(031)-452/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-452/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-452/2024 23.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi " xxxxxxx" olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 3(031)-136/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarına əsasən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, eyni icra sənədinə münasibətdə, yəni Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yenidən qərəzli olaraq yerinə yetirmir və onun hazırda sözü gedən icra sənədi üzrə 15702 (on beş min yeddi yüz iki) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs hazırda həmin icra vərəqəsi üzrə 15702 (on beş min yeddi yüz iki) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bununla yanaşı Şabran Rayon Məhkəməsinin 3(031)-136/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İkinci dəfə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsində göstərilən tələb və həmin icra sənədi üzrə yaranmış aliment borcundan xəbəri var. O, məhkəmə qərarına hörmətlə yanaşı və məhkəmə qərarı əsasında verilmiş icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmır. Hazırda da həmin icra vərəqəsinin icrası ilə əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilib. Bu halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında barışığın əldə edildiyini bildirmiş və hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)- 471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmısdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli, 170737/2020 saylı tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)- 471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində icra etməli olduğu haqqında və icranın könüllü şəkildə təmin edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə bildiriş göndərilmişdir. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - Şabran Rayon Məhkəməsinin 3(031)-136/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 3(031)-136/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024cü il tarixdə qəbul edilmiş qərarına əsasən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, eyni icra sənədinə münasibətdə, yəni Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yenidən qərəzli olaraq yerinə yetirməməsi və onun hazırda sözü gedən icra sənədi üzrə 15702 (on beş min yeddi yüz iki) manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq protokol tərtib edilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli, 5 saylı Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikasının "İcra haqqında" xx.xx.2001-ci il tarixli, 243-İİQ saylı Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx.xx.2020-ci il tarixli qərarla icraatına başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-136/2024 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarına əsasən Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yenidən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri izahatlardan və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qərəzli olaraq Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra edilməməsi halı yoxdur və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə onun harasında həmin icra sənədinin icrası ilə əlaqədar razılıq əldə edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 2(031)-471/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar