Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-454/2021 15.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Oruclu Rüstəm Əfqan oğlunun katibliyi; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı Şabran rayonu, Gəndob kəndi olan Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəis müavini X1 tərəfindən qəbul edilmiş 16 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardada əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş əmək müfəttişi X2 tərindən tərtib edilmiş 16 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamasını təmin etməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Məhkəməsinin inzibati binasında 11 oktyabr 2021-ci il tarixdə, saat 14:05-də keçirilmiş açıq məhkəmə iclasında Şəxs 2021-ci ilin yanvar ayından başlayaraq elektron qaydada göndərilmiş bildirişlərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin etməməsi barədə məlumatlandırılmasına baxmayaraq İcbari Sığorta Bürosundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətə ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **-DQ-***-21 nömrəli məktubundan və elektron informasiya sisteminin təhlili zamanı əldə edilmiş məlumatlardan işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını hələdə təmin etmədiyi aşkar edildiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərildiyini göstərmiş və elektron informasiya sisteminin təhlili zamanı əldə edilmiş məlumatların məhkəmə təqdim edilməsi üçün ona vaxt verilməsini xahiş etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldığını öz imzası ilə təsdiq etsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şabran Rayon Məhkəməsinin inzibati binasında 11 oktyabr 2021-ci il tarixdə, saat 14:05-də keçirilmiş açıq məhkəmə iclasında QH********** nömrəli, 15 aprel 2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsini, 02011727-21 nömrəli, 19 may 2021-ci il tarixli hesab fakturanı, 043 nömrəli, 16 iyun 2021-ci il tarixli ödəniş tapşırığını və ********* nömrəli mədaxil qəbzi məhkəməyə təqdim edərək hazırda Şəxs direktoru vəzifəsində çalışdığını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini tərəfindən təxminən 2021-ci ilin mart ayının axırından aprel ayının əvvəlinə kimi olan müddət ərzində Şəxsnə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təmin edilmədiyinin bildirildiyi üçün "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında QH********** nömrəli, 15 aprel 2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanığını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin sözü gedən müqavilə barəsində məlumatlandırıldığını bildirmiş məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş materiallarında olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş əmək müfəttişi X2 tərindən tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki: Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt İcbari Sığorta Bürosunun 30 iyun 2021-ci il tarixli, **-DQ-***-21 nömrəli məktubu və elektron informasiya sisteminin təhlili zamanı əldə edilmiş məlumatlar ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş QH********** nömrəli, 15 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş əmək müfəttişi X2 tərindən tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktının İcbari Sığorta Bürosunun 30 iyun 2021-ci il tarixli, **-DQ-***-21 nömrəli məktubu və elektron informasiya sisteminin təhlili zamanı əldə edilmiş məlumatlar ilə təsdiq edildiyi göstərilsə də, həmin inzibati xəta haqqında protokola əlavə edilmiş İcbari Sığorta Bürosunun 30 iyun 2021-ci il tarixli, **-DQ-***-21 nömrəli məktubunda Şəxs barədə hərhansı bir məlumat göstərilməmiş, elektron informasiya sisteminin təhlili zamanı əldə edilmiş məlumatlar isə inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Ahəngi X4 Rayon Məhkəməsinin inzibati binasında 11 oktyabr 2021-ci il tarixdə, saat 14:05-də keçirilmiş açıq məhkəmə iclasında sözü gedən məlumatları məhkəməyə təqdim edilməsi üçün vaxt istəsə də, həmin məlumatlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, proses iştirakçılarının Şabran Rayon Məhkəməsinin inzibati binasında 11 oktyabr 2021-ci il tarixdə, saat 14:05-də keçirilmiş açıq məhkəmə iclasında verdiyi izahatlardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamasını təmin etməməsi barədə artıq 2021-ci ilin yanvar ayından aprel ayına qədər olan müddət ərzində məlumatının olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında 15 aprel 2021-ci il tarixdə QH********** nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlandığını, proses iştirakçılarının Şabran Rayon Məhkəməsinin inzibati binasında 11 oktyabr 2021-ci il tarixdə, saat 14:05-də keçirilmiş açıq məhkəmə iclasında verdiyi izahatlardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamasını təmin etməməsi barədə artıq 2021-ci ilin yanvar ayından aprel ayına qədər olan müddət ərzində məlumatının olduğunu, törədilmiş inzibati xətanın sığorta qaydaları əleyhinə olduğunu və həmin növdə inzibati xətaya görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilinməsi, həmçinin həmin müddətin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanması barədə inzibati xətalar qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin baş əmək müfəttişi X2 tərindən Şəxs barəsində 16 sentyabr 2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən həmin müddətin artıq başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov