Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-455/2020 29.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan X2 məxsus AZE seriyalı, 04305136 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şikayətçi X1 yaşayış yeri Xaçmaz rayonunun Hülövlü kəndidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X1 şikayətlə məhkəməyə müraciət edərək ləğv edilməsini xahiş etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №3(031)-455/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-455/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver