Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-459/2025 06.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran Rayonu Rəhimli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayonu Rəhimli Bələdiyyəsi vətəndaş X3 əmək hüquqlarının pzoulmasına dair müraciətilə bağlı Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürəndən – Rəhimli Bələdiyyəsindən aidiyyəti sənədlərin təqdim edilməsi və müraciətə rəsmi münasibət bildirməsi (7 iş günü müddətində) xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-80710/2025 nömrəli məktubla tələb olunsa da, sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmiş və müraciətə rəsmi münasibət bildirilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda nümayəndələrinin iştirakını təmin etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan X6 tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Şabran Rayonu Rəhimli Bələdiyyəsinin baş mühasibi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Lakin bugünədək Rəhimli Bələdiyyəsindən qalıq əmək haqqını və son haqq-hesabını ala bilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4 nömrəli əmrdən və əmək müqaviləsinə xitam verilməsilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Rəhimli Bələdiyyəsi bölməsinə mühasib vəzifəsində işləyən X6 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən Şabran Rayonu Rəhimli Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 müraciətinə münasibət bildirilməsi, vətəndaşa aid əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), kollektiv müqavilə (olduğu təqdirdə), əmək haqqı hesablanması cədvəllərinin surəti (müraciətə uyğun olaraq müvafiq dövrə aid), əmək məzuniyyəti hüququndan istifadə etmişdirsə buna dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), əmək məzuniyyəti haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (məzuniyyətdən istifadə etmişdirsə müraciətə uyğun olaraq müvafiq iş illərinə görə), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X12 Xidmətinin X7 təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan bağlamaların izlənməsi xidmətinə dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən Şabran Rayonu Rəhimli Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən Şabran Rayonu Rəhimli Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 müraciətinə münasibət bildirilməsi və sözügedən sənədlərin təqdim edilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X12 Xidmətinin X7 təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixli məktubla Şabran Rayonu Rəhimli Bələdiyyəsinə müraciət olunsa da, sənədlər təqdim edilməmiş və müraciətə münasibət bildirilməmişdir. Bu səbəbdən Şabran Rayonu Rəhimli Bələdiyyəsi inzibati xəta haqqında protokolun tərtib eidlməsində iştirak etmək məqsədilə dəvət olunmuşdur. İş materiallarında olan bağlamaların izlənməsi xidmətinə dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən Şabran Rayonu Rəhimli Bələdiyyəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən X12 Xidmətinin X7 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşın müraciətinə münasibət bildirildiyi və vətəndaşa aid sözügedən sənədlər göndərildiyi qeyd edilmişdir. İş materiallarında olan “mail.ru” saytından çıxarışdan görünür ki, Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən X12 Xidmətinin X7 ünvanlanan xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə X12 Xidmətinin X5 elektron poçt ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İş materiallarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X8 tərəfindən Şabran Rayonu Rəhimli X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli məktub ünvanlanmasına və bu məktubun bələdiyyəyə xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq, Şabran Rayonu Rəhimli Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cavab məktubu hazırlansa da, X12 Xidmətinin X5 elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Göründüyü kimi sənədlərin vaxtında, yəni 7 iş günü ərzində təqdim edilməməsinə görə sözügedən inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 539.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şabran Rayonu Rəhimli Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-459/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-459/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver