Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-461/2020 12.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxx 1987-ci il tarixində Dəvəçi rayonunun Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyət ilə məşğul olan, Şabran rayonunun Ağalıq kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixində verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra vərəqəsi üzrə 1000 (bir min) manat məbləğində aliment borcu yaranmışdır və o, həmin aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək, hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixində verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra vərəqəsi üzrə 1000 (bir min) manat məbləğində aliment borcunun yaranmasına baxmayaraq sözü gedən şəxsin həmin aliment borcunu ödəməkdən boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödəniş qəbzini təqdim edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra sənədinə əsasən ondan xx xxxxx 2016-cı il tarixində başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, keçmiş həyat yoldaşı Kərimova Pərvanə Böyükağa qızına ödənilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayınmadığı, maddi imkanının pis olması səbəbi ilə həmin icra sənədi üzrə ödənişləri vaxtı vaxtında edə bilmədiyi üçün hazırda 1000 (bir min) manat məbləğində aliment borcunun yarandığını, xx xxxxxxx 2020-ci il tarixində sözü gedən icra sənədi üzrə 200 (iki) yüz manat məbləğində ödəniş etdiyini və Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu yaxın zamanda ödəyəcəyinə və bundan sonra həmin icra sənədi üzrə ödənişlərini vaxtı vaxtında edəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Kərimova Pərvanə Böyükağa qızı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldığını öz imzası ilə təsdiq etməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə zərər çəkmiş şəxs Kərimova Pərvanə Böyükağa qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixində verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxx 2016-cı il tarixində başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, Kərimova Pərvanə Böyükağa qızına ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs zərər çəkmiş şəxs Kərimova Pərvanə Böyükağa qızının hesabına xx xxxxxxx 2020-ci il tarixində 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı il tarixində verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxx 2016-cı il tarixində başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, Kərimova Pərvanə Böyükağa qızına ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxx 2016-cı il tarixli qərarla başlanılmış və Şəxs tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bu səbəbdən də, Şəxs barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən və məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, zərər çəkmiş şəxs Kərimova Pərvanə Böyükağa qızının hesabına xx xxxxxxx 2020-ci il tarixində 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir və onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-859/2016 saylı, xx xxx 2016-cı il tarixli icra vərəqəsi üzrə yaranmış 1000 (bir min) manat məbləğində aliment borcunun tam ödənilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov