Məhkəmə qərarları › İş №3(031)-464/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-464/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-464/2020 15.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X6 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1985-ci il tarixində Dəvəçi rayonunun Əmirxanlı kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) "Neftqaztikinti" trestində polad və dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı vazifəsində çalışan, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, Şabran rayonunun Baş Əmirxanlı kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx xxxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-464/2020 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx xxxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş, Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-463/2020 nömrə altında inzibati xəta haqqında iş açılmış və Şabran Rayon Məhkəməsinin 3(031)-463/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxxx 2020-ci il tarixində qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-463/2020 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan 3(031)-463/2020 və 3(031)-464/2020 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixində, saat 02:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğu vaxt zərər çəkmiş şəxs X10 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsi döyərək, qəsdən X7 dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən faktla bağlı ünvan 1 ünvanında yaşayan zərər çəkmiş şəxs X10 xx xxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmiş, müraciətə əsasən Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və müstəntiq tərəfindən qəbul edilmiş qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X10 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək X8 təhqir etmişdir. Qeyd edilən faktla bağlı ünvan 1 ünvanında yaşayan zərər çəkmiş şəxs X10 xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmiş, müraciətə əsasən Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərtib elədiyi protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə olduğu zaman zərər çəkmiş şəxs X8 döyərək qəsdən sonuncuya fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyini, bununla yanaşı xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X10 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsi təhqir etdiyini göstərmiş və Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 02:00-da, ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, sərxoş vəziyyətdə olduğu vaxt həyat yoldaşı X10 ilə mübahisə etdiyi zaman həyat yoldaşını döydüyünü, lakin hazırda X10 ilə barışdığını, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00-da, yaşadığı ünvanda onun mütəmadi olaraq spirtli içki qəbul etməsi ilə əlaqədar olaraq həyat yoldaşı X6 onunla mübahisə etməyə başlayıb mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlaması səbəbi ilə onun da X8 təhqir etdiyini göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X10 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan hər-hansı bir şikayət və ya tələbinin olmadığını və bu səbəbdən də həyat yoldaşı Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini göstərmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq onun xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs təhqir etməsinə cavab olaraq Şəxs da onu təhqir etdiyi bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin materiallarını nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx xxxx 2020-ci il tarixində, saat 02:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğu vaxt zərər çəkmiş şəxs X10 döyməsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X10 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək X8 təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 icraatında olan HK-1/1034 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X6 təhqir edilməsi əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 15:00 radələrində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində zərər çəkmiş şəxs X10 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək X8 təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışması səbəbi ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata isə əməlində həmin Məcəllənin 510-cu maddəsinin inzibati xəta tərkibi olmaması səbəbi ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə Şəxs zərər çəkmiş şəxs X10 ilə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata, əməldə inzibati xəta tərkibi olmaması səbəbi ilə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar