Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-464/2023 20.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 1998-ci il tarixdə indiki Şabran (keçmiş Dəvəçi) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri, F.X.Xoyski küçəsi ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şabran rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 01:00 radələrində zərərçəkmiş şəxs X2 yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsindəki, 34 saylı fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsinin içərisindən 1 ana, 4 bala olmaqla, ümumilikdə 5 (beş) hind quşunu oğurlamaqla sonuncuya 175 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 10 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Şabran rayonu, Gəndov kəndində zərərçəkmiş şəxs X3 yaşadığı fərdi yaşayış evinin həyətindən bir ədəd su matorunu və gidraforu gizli yolla oğurlamaqla sonuncuya 90 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Şabran rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Şabran Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şabran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 3(031)-465/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(031)-465/2023 saylı material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(031)-464/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Şabran rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 01:00 radələrində zərərçəkmiş şəxs X2 yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsindəki, 34 saylı fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsinin içərisindən 1 ana, 4 bala olmaqla, ümumilikdə 5 (beş) hind quşunu oğurlamaqla sonuncuya 175 manat, bundan başqa o, 10 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Şabran rayonu, Gəndov kəndində zərərçəkmiş şəxs X3 yaşadığı fərdi yaşayış evinin həyətindən bir ədəd su matorunu və gidraforu gizli yolla oğurlamaqla sonuncuya 90 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 01 və 20 noyabr 2023-cü il tarixli qərarlarla Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işlərinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokollar tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü İXM-nin 227-ci maddəsi ilə özünü təqsirli bilməmiş, izahatında göstərdi ki, onun, 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 01:00 radələrində zərərçəkmiş şəxs X2 yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsindəki, 34 saylı fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsinin içərisindən 1 ana, 4 bala olmaqla, ümumilikdə 5 (beş) hind quşunu oğurlanması ilə heç bir əlaqəsi yoxdur. Oğurluq hadisələrini o, törətməmişdir. Zərərçəkmiş şəxslər X4 və X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar, məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 01 və 20 noyabr 2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, naməlum şəxsin (şəxslərin) əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barəsində (barələrində) cinayət işlərinin başlanması rədd edilmiş və barəsində (barələrində) inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar Şabran RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarlardan və işin faktiki hallarından görünür ki, Şəxs 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən saat 01:00 radələrində zərərçəkmiş şəxs X2 yaşadığı Şabran şəhəri, V.Adıgözəlov küçəsindəki, 34 saylı fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsinin içərisindən 1 ana, 4 bala olmaqla, ümumilikdə 5 (beş) hind quşunu oğurlamaqla sonuncuya 175 manat, 10 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində zərərçəkmiş şəxs X3 yaşadığı Şabran rayonu, Gəndov kəndində yerləşən fərdi yaşayış evinin həyətindən bir ədəd su matorunu və gidraforu gizli yolla oğurlamaqla sonuncuya 90 manat məbləğində ziyan vurmuşdur. İşdə olan X7 və X8 tərəfindən tərtib edilmiş ərizələrdən görünür ki, onlara dəymiş zərərlər ödənilmədiyindən Şəxs şikayətçidirlər və sonuncu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi halına tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. Şəxs əməllərində, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin qanunsuz istifadəsinə və mülkiyyət əleyhinə cinayət əməlini törətməsinə görə məhkum edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin, dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun.
2. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin.
3. İnzibati həbsdə saxlamanın əvvəli 20 noyabr 2023-cü il tarixdən saat 16:50-dən hesablansın.
4. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.
5. Zərərçəkmiş şəxslər X4 və X5 Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin.
6. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.Zərərçəkmiş şəxslər X4 və X5 Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin.
Sədrlik edən: Könül Mirzəfərova X10 Şabran şəhəri, V.Adıgözəlov küçəsi, ev 34
X5 Şabran rayonu, Gəndov kəndi
Şabran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 3(031)-464/2023 saylı inzibati xəta haqqında qərarın surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: qərarın surəti “01” nüsxədə
Hakim: Könül Mirzəfərova Şabran rayon Polis Şöbəsinə
Şabran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 3(031)-464/2023 saylı inzibati xəta haqqında qərarın surəti məlumat, eləcə də şöbənin müvəqqəti saxlama yerində saxlanılan Şəxs təqdim edilməsi üçün Sizə göndərilir.
Qoşma: qərarın surəti “02” nüsxədə
Hakim: Könül Mirzəfərova Şabran rayon Polis Şöbəsinə
Şabran Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 3(059)-464/2023 saylı inzibati xəta haqqında qərarı icra edilməsi üçün Sizə göndərilir.
Qoşma: qərardan çıxarış “01” nüsxədə
Hakim: Könül Mirzəfərova