Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-466/2020 19.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni nümayəndəsi X1 və tərcüməçi X5 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1 Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 rəisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolinzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxxx 2020-ci il tarixində Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində Şabran rayonunun Uzunboyad kəndi ərazisində keçirilmiş yoxlama zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən “Sudan İstifadəyə icazə Sənədi” alınmadan subartezian quyusunun qazılması faktı aşkar edildiyindən müvafiq akt tərtib edilmiş və həmin akt əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edəninzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində Şabran rayonunun Uzunboyad kəndi ərazisində keçirilmiş yoxlama zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən “Sudan İstifadəyə icazə Sənədi” alınmadan subartezian quyusunun qazıldığı aşkar edildiyindən faktla əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli, 63088 nömrəli aktın tərtib edildiyini və həmin akt əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərildiyini bildirmiş və Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxshüquqi şəxs Şəxs qanuni nümayəndəsi X4 göstərmişdir ki, Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tam qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Belə ki, ilk öncə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən və Şəxs mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin reyestrindən çıxarış olmadan, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama həyata keçirmiş və həmin yoxlama zamanı aşkar edilmiş fakt əsasında xx xxxxxxxx 2020ci il tarixli, 63088 nömrəli akt tərtib edilmişdir. Bununla yanaşı həmin aktda qeyd edilmiş subartezian quyusu təxminən 2012-ci ildə qazınmışdır və hazırda da Şəxs tərəfindən istifadə olunmur. İzahatında göstərdiyi faktların nəzərə alınaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 63088 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində Şabran rayonunun Uzunboyad kəndi ərazisində keçirilmiş yoxlama zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən “Sudan İstifadəyə icazə Sənədi” alınmadan subartezian quyusunun qazılması faktı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmişAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs istifadəsində olan şərab zavodunda lazımı icazə olmadan istehsalat və içməli su təminatı məqsədi ilə bir ədəd atreziyan su quyusunın qazılması və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi istifadəyə icazə sənədi alınmadan həmin atreziyan quyusundan istifadə edilməsi səbəbi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Bu fakt xx xxxxxxxx 2020-ci il tarixli, 63088 nömrəli aktla və yerində çəkilmiş fotoşəkillərlə təsdiq edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən Şəxs istifadəsində olan və Şabran rayonunun Uzunboyad kəndində yerləşən şərab zavodunda yoxlama keçiriləcəyi barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər-hansı bir sənəd, və ya hadisə yerində çəkilmiş fotoşəkillər aşkar edilməmişdir. «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası xx xxxx 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan yoxlama həyata keçirmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair əsassız protokol tərtib edilmişdir. Məhkəmə iclasda toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu və Azərbaycan Respublikasının qanunvericiliyinin yuxarıda şərh edilmiş müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki,qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən Şəxs istifadəsində olan şərab zavodunda qanunsuz baxış keçirilərək xx xxxxxxxx 2020-ci il tarixli, 63088 nömrəli akt tərtib edilmişdir. Bu səbəbdən də həmin akt və sözü gedən akt əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X3 Şabran Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materialda isə xx xxxxxxxx 2020-ci il tarixli, 63088 nömrəli akt və MN seriyalı, ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol istisna olmaqla Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç-bir mötəbər sübut əlavə edilməmişdir. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması sübuta yetirilməməsi səbəbi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov