Məhkəmə qərarları › İş №3(031)-480/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-480/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-480/2023 18.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi " xxxxxxx" olan, xx.xx.1950-ci il tarixdə Goranboy rayonunun Qarqucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikasının, ünvan 1i ünvanında qeydiyyatda olan və faktiki olaraq Şabran şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – AR İXM) 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş Şəxs barəsində AR İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran şəhərinin ərazisində pirotexniki məhsulların satışı ilə məşğul olduğu olmuşdur. Nəticədə Şəxs tərəfindən AR İXM 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində AR İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmişdir və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək bildirmişdir ki, o, Şabran şəhərinin ərazisində pirotexniki məhsulların satışı ilə məşğul olmayıb. Sadəcə bundan təqribən 3-4 il qabaq nəvəsi üçün bayram zamanı istifadə etməsi üçün aldığı pirotexniki vasitə olan 03 (üç) ədəd pirotexniki vasitəsi işlətdiyi dükanda unudub, polis əməkdaşlarının saxladığı şəxslərdən birinin üzərindən aşkar edilmiş pirotexniki vasitələri onun dükanından aldığını bildirdiyi üçün polis işçiləri onun işlətdiyi dükana gəliblər və oradan sözü gedən 3-4 il qabaq aldığın və hazırda istismara yarasız olan 03 (üç) ədəd pirotexniki vasitəni aşkar edərək götürüblər. Lakin, hazırki iş üzrə onun pirotexniki vasitələrin satışını həyata keçirməsini təsdiq edən hər-hansı bir sübut, o cümlədən üzərindən aşkar edilmiş pirotexniki vasitələri onun dükanından aldığını bildirmiş şəxs məhkəməyə təqdim edilməyib. O, pirotexniki vasitə satmayıb. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran şəhərinin ərazisində pirotexniki məhsulların satışı ilə məşğul olmuşdur. AR İXM 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindnə, onun barəsində həmin madə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin: 3-cü maddəsinə əsasən yalnız AR İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri AR İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Polis Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran şəhərinin ərazisində pirotexniki məhsulların satışı ilə məşğul olduğunu təsdiq edən hərhansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən AR İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən AR İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində AR İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində AR İXM-nin 442-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar