Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-483/2020 20.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızının nümayəndəsi Babaşova Ağcagül Ələkbər qızının iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1990-cı il tarixində Dəvəçi rayonunun Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcu, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcu yaranmışdır və o, həmin icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2018-ci il tarixindən başlayaraq xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kini saxlanılması məqsədi ilə hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına ödənilməlidir. Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 8097 (səkkiz min doxsan yetdi) manat məbləğində əmlak və ya onların dəyəri alınıb zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına verilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə xx xxxxxxx 2018-ci il tarixli, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)- 328/2020 saylı icra vərəqəsi üzrə isə xx xxxx 2020-ci il tarixli qərarlarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra sənədlərində göstərilən tələbləri könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcu, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcu yaranmışdır və o, hər ay həmin icra sənədləri üzrə ödənişləri vaxtı vaxtında edərək sözü gedən icra sənədlərində göstərilən tələbləri icra edir, sözü gedən icra sənədləri üzrə yaranmış borclarını isə hissə-hissə ödəyir. Lakin zərər çəkmiş şəxs Babaşova X4 Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı və xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra sənədləri üzrə yaranmış borcların dərhal ödənilməsini tələb edir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək həmin icra sənədləri üzrə yaranmış borclarını bir dəfəlik ödəniş edərək icra etməkdən imtina edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsinə əsasən ondan xx xxxxxx 2018-ci il tarixindən başlayaraq xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kini saxlanılması məqsədi ilə hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı Babaşova Elnarə Əşrəf qızına ödənilməli, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsinə əsasən isə ondan 8097 (səkkiz min doxsan yetdi) manat məbləğində əmlak və ya onların dəyəri alınıb Babaşova Elnarə Əşrəf qızına verilməlidir. Məhkəmə qərarlarına hörmətlə yanaşdığını, maddi imkanının pis olması səbəbi ilə həmin icra sənədi üzrə ödənişləri vaxtı vaxtında edə bilmədiyi üçün Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcu, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcunun yarandığını, sözü gedən icra sənədləri üzrə yaranmış borclarını ödəməkdən yayınmadığı, sözü gedən icra sənədləri üzrə hər ay ödənişlər etdiyini, hələ təzəcə Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə 115 (bir yüz on beş) manat məbləğində, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə 120 (bir yüz iyirmi) manat məbləğində ödəniş etdiyini, həmin icra vərəqələri üzrə yaranmış borclarını birdəfəlik ödəniş edərək icra etməyin onun imkanı xaricində olduğunu və yaxın zamanda hissə-hissə ödənişlər edərək Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı və xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra sənədləri üzrə yaranmış borclarını ödəyəcəyinə dair söz verdiyini və göstərilənlərə əsasən barəsində başlanmış icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızının nümayəndəsi Babaşova Ağcagül Ələkbər qızı hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcunun, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcunun yarandığını və sözü gedən şəxsin həmin icra sənədləri üzrə yaranmış borclarını ödəməkdən qərəzli olaraq boyun qaçırdığını göstərərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsinnin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2018-ci il tarixindən başlayaraq xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kini saxlanılması məqsədi ilə hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 8097 (səkkiz min doxsan yetdi) manat məbləğində əmlak və ya onların dəyəri alınıb zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına 120 (bir yüz iyirmi) manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ********* saylı mədaxil qəbzin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixindən zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızının hesabına 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti köçürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2018ci il tarixindən başlayaraq xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kini saxlanılması məqsədi ilə hər ay 110 (bir yüz on) manat məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına ödənilməlidir. Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 8097 (səkkiz min doxsan yetdi) manat məbləğində əmlak və ya onların dəyəri alınıb zərər çəkmiş şəxs Babaşova Elnarə Əşrəf qızına verilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)- 831/2018 saylı icra vərəqəsi üzrə xx xxxxxxx 2018-ci il tarixli, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə isə xx xxxx 2020-ci il tarixli qərarlarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqələrində göstərilən tələbləri könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)- 831/2018 saylı icra vərəqəsi üzrə 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcu, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)- 328/2020 saylı icra vərəqəsi üzrə isə 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcu yaransa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 2(031)-831/2018 saylı icra vərəqəsi üzrə yaranmış 195 (bir yüz doxsan beş) manat məbləğində aliment borcunun və Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 2(031)-328/2020 saylı icra vərəqəsi üzrə yaranmış 318 (üç yüz on səkkiz) manat məbləğində əmlak borcunun tam ödənilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov