Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-499/2020 13.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1977-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsinin Tramvay küçəsi ərazisində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 02 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 02 noyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əfəndi X3 Rayon Məhkəməsinin 2(031)- 778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə 1671 (bir min altı yüz yetmiş bir) manat məbləğində, 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra vərəqəsi üzrə isə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində ödənilməmiş pul borcunun qalmasına baxmayaraq, həmin icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əfəndi X3 Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə 1671 (bir min altı yüz yetmiş bir) manat məbləğində, 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra vərəqəsi üzrə isə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində ödənilməmiş pul borcunun qalmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sözü gedən icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödəniş qəbzini məhkəməyə təqdim edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli əmrinə əsasən ondan 1651 (bir min altı yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1671 (bir min altı yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq X4, Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən isə ondan 2193 (iki min yüz doxsan üç) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə qərarlarına hörmətlə yanaşdığını, onları icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, maddi imkanının pis olması səbəbi ilə həmin qərarlar üzrə ödənişləri vaxtı vaxtında edə bilmədiyi üçün Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli əmrini və Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədini bu günədək icra edə bilmədiyini, 13 noyabr 2020-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 200 (iki yüz) manat məbləğində pul vəsaiti köçürdüyünü, sözü gedən icra sənədləri üzrə yaranmış borclarını birdəfəlik ödəniş edərək icra etməyin hazırda onun imkanı xaricində olduğunu və yaxın zamanda hissə-hissə ödənişlər edərək Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014cü il tarixli əmrini və Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019cu il tarixli icra vərəqəsini icra edəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli əmrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1651 (bir min altı yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1671 (bir min altı yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq zərə çəkmiş şəxs X4 ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2193 (iki min yüz doxsan üç) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ödəniş qəbzinin surətindən görünür ki, o, 13 noyabr 2020-ci il tarixdə, saat 13:42 radələrində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 200 (iki yüz) manat məbləğində pul vəsaiti köçürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli əmrinə əsasən 1651 (bir min altı yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1671 (bir min altı yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq zərə çəkmiş şəxs X4, Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən isə 2193 (iki min yüz doxsan üç) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2223 (iki min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqələrində göstərilən tələbləri könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilsə də, o, sözü gedən icra vərəqələrini bu günədək icra etməmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsinin 2(031)-778/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli əmrinin və Şabran Rayon Məhkəməsinin 2(031)-556/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədinin tam şəkildə icra edilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov