Məhkəmə qərarları › İş №3(031)-5/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-5/2025

04.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-5/2025 04.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1962-ci il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi (ictimai işlər) vəzifəsində çalışan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində ictimai yerdə tütün məlumatlarından istifadə etdiyi zaman həmin ərazidə xidmətdə olan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə tütün və ya tütün məlumatlarından istifadə edil məsinin qanunvericiyə zidd olmasını izah ediblər. Bu zaman, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əlindəki olan siqaretin kötüyünü yerə ataraq polis əməkdaşlarına öz etirazını bildirmiş, polis əməkdaşları ona etdiyi hərəkətin polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əksinə qeyri etik davranış olduğunu bildirdikdə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarına “mənə nə edə bilərsiniz?” sözləri ilə cavab vermişdir. Polis işçiləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs basirənsə inzibati xəta haqqında protokolun tərtib edilməsi məqsədi ilə Şabran Rayon Polis Şöbəsinə dəvət etdikdə, sonuncu, polis işçiləri ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlməkdən imtina etmiş və onun barəsində yazılan inzibati xəta haqqında protokolla razı olmadığını bildirdiyi üçün polis əməkdaşları tərəfindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərtib elədiyi protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində xidmətdə olarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə tütün məlumatlarından istifadə etdiyi zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları, yəni onlar ona yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə tütün və ya tütün məlumatlarından istifadə edilməsinin qanunvericiyə zidd olmasını izah etmişlər. Bu zaman, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əlində olan siqaretin kötüyünü yerə ataraq onlara öz etirazını bildirmişdir. Onlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi hərəkətin polisin qanuni tələblərinə qəsdən tabe olmaması və əksinə qeyri etik davranış olduğunu bildirdikdə isə Şəxs onlara “mənə nə edə bilərsiniz?” sözləri ilə cavab vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs basirənsə inzibati xəta haqqında protokolun tərtib edilməsi məqsədi ilə Şabran Rayon Polis Şöbəsinə dəvət etdikdə isə o, onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlməkdən imtina etmiş və onun barəsində inzibati xəta haqqında protkol tərtib edilməsinə razı olmadığını bildirdiyi üçün polis əməkdaşları tərəfindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən kafenin qarşısında olarkən sahə müvəkkili Namiq ona telefonla zəng edərək harada olduğunu soruşduqda ona bildirib ki, kəndin içində kafenin qarşısındadır. Bir az keçmiş sahə müvəkkili və üç nəfər polis əməkdaşı kafenin qarşısına gəlmişlər. Sahə müvəkkili ona yaxınlaşıb kafenin qarşısında olan başqa adamlardan kənara çəkmiş, o, və sahə müvəkkili hərəsi bir siqaret də yandırıb çəkməyə başlamışlar. Sahə müvəkkili ona bildirmişdir ki, o, bələdiyyə üzvlüyünə namizədliyini verib, geri götürsün. O, buna cavab olaraq bildirmişdi ki, namizədliyini götürmür, bələdiyyə üzvlüyü kimə neynəyirki, ali təhsili yoxdur ki, bələdiyyə sədri olsun. Sahə müvəkkili bir az kənara çəkilərək rəis müavini Cəmil müəllimə zəng edərək onun cavabı barədə məlumat vermişdir. Sonra onu polisə dəvət etmişlər o da polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis Şöbəsində Cəmil müəllimin də qəbulunda olmuş, o, da ona bələdiyyə üzvlüyünə namizədliyini götürməsini təklif etmiş, o, ona da onun üzvlüyünün bir əhəmiyyət kəsb etmədiyini və üzvlüyə namizədliyini götürməyəcəyini bildirib. O, polisə qarşı tabesizlik etməmişdir. Hətta onun şahidi də var. Rafiq Muradov həmin vaxtı orada olub. Rafiq Muradov məhkəməyə dəvət edilib dindiriləcəyi təqdirdə təsdiq edər ki, sahə müvəkkili ona bələdiyyə üzvlüyünə namizədliyimi geri götürməsini demişdir. Polislər əvvəl onun evinə gediblər, evdə olmadığını biləndən sonra ona zəng ediblər. Telefondan onların ona zəng etmələrini də çıxarmaq mümkündür. Xahiş edir ki, bu halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində olduğu zaman Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə ona yaxınlaşaraq 2025-ci ildə keçiriləcək bələdiyyə seçkilərinə verdiyi üzvlüyü geri götürməsini təklif etdiyini, müdafiəçisinin suallarına cavab olaraq isə həmin vaxtı hərhansı bir polis əməkdaşı ilə aralarında mübahisə yaranmadığını və polis işçilərinin hərhansı bir qanuni tələblərinə qəsdən tabesizlik göstərmədiyini, polis əməkdaşlarının ilk öncə ona zəng edərək harada olduğunu soruşduqlarını, bundan sonra onun yanına yaxınlaşdıqlarını, polis əməkdaşlarına qarşı heç-bir zorakılıq etmədiyini və onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəldiyini və xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən kafenin qarşısından polis əməkdaşları işə mübahisə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X4 Xidməti Bölməsinin komandirinin müavini Şahid1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində Şabran Rayon Polis Şöbəsinin sahə müvəkkili Nümayəndəla və digər polis əməkdaşları ilə birlikdə xidmətdə olduqları zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs siqaret çəkdiyini gördükləri üçün sahə rəisi Nümayəndə ona yaxınlaşaraq bununla bağlı öz iradını ona bildirmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə buna cavab olaraq onlardan nə qəbahət etdiyini soruşaraq siqareti yerə atmışdır. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bələdiyyə seçkilərinə verdiyi üzvlüyə namizədliyini geri götürməsini tələb etmədiyini, müdafiəçinin sualına cavab olaraq isə bayram günləri ilə əlaqədar Şabran rayonunun ərazisində ictimai qaydanın pozulmasının qarşısının alınması ilə əlaqədar həmin vaxtı Şabran rayonunun Uzunboyad kəndində olduqlarını bildirmişdir. Şahid Şabran Rayon Polis X4 Xidməti Bölməsinin tağım komandiri Şahid2 məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində polis əməkdaşları ilə birlikdə bayram günlərində asayişin qorunması ilə əlaqədar xidmətdə olduqları zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs siqaret çəkdiyini gördükləri üçün Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə ona yaxınlaşaraq bununla bağlı ona öz iradını bildirdikdə, Şəxs buna cavab olaraq onlara “nə qəbahət edirəm ki” deyə kobud cavab vermişdir. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəflərindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Şabran Rayon Polis Şöbəsinə dəvət edilmiş, bundan imtina etdikdə isə məcbur qaydada Şabran Rayon Polis Şöbəsininin inzibati binasına gətirilmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olararaq sahə müvəkkili Namiq müəllimin Şəxs bələdiyyə üzvlüyündən namizədliyini geri götür sözünü demədiyini, Şəxs özünün maşına mindirildiyi zaman onu bələdiyyə üzvlüyündən namizədliyini geri götürməsi üçün ilişdirdiklərini dediyini, müdafiəçinin suallarına cavab olaraq isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onlarla kobud danışdığını və hadisənin baş verdiyi zaman onlardan bir az uzaqda digər şəxslərin də dayandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki iş üzrə proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlarından və iş materiallarında olan sənədlərdən isə görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işcilərinin hər-hansı bir qanuni tələblərinə tabesizlik göstərilməməsi halları mövcud deyildir. Bu səbəbdən də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində ictimai qaydanın mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması səbəbi ilə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta hadisəsinin özündə əks etdirən “DVD” formatlı diskdəki videogörüntüdə səslərin qırıq-qırıq olması səbəbi ilə Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hansı məsələ ilə bağlı söhbət etməsini müəyyən etmək mümkün deyildir. Beləliklə, proses iştirakçılarının izahatları və məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:50dən hesablansın.

4. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar