Məhkəmə qərarları › İş №3(031)-501/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-501/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-501/2020 04.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1981-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, Şabran şəhəri, Nizami küçəsi, ev 125-də qeydiyyatda olan və faktiki olaraq Siyəzən şəhərinin Xəlil Əhmədov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-501/2020 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-502/2020 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-503/2020 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(031)-504/2020 nömrə altında inzibati xəta haqqında iş açılmışdır. Şabran Rayon Məhkəməsinin 3(031)-502/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-502/2020 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan 3(031)-501/2020 və 3(031)-502/2020 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-503/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-503/2020 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan 3(031)-501/2020 və 3(031)-503/2020 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 3(031)-504/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş qərardada əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(031)-504/2020 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan 3(031)-501/2020 və 3(031)-504/2020 nömrəli inzibati xəta haqqında işlərinin bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixində, saat 11:00 radələrində, Şabran şəhərinin Fizuli küçəsi ərazisində şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs X9 ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində və xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək Hüseynova Samirə Möhsüm qızını təhqir etmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 21:30 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə gələrək zərər çəkmiş şəxs X9 ilə mübahisə etmiş və həmin mübahisə zamanı zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək, X7 təhqir etmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək zərər çəkmiş şəxsi təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərtib elədiyi protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində, Şabran şəhərinin Fizuli küçəsi ərazisində şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs X9 ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozduğunu, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində və xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək Hüseynova Samirə Möhsüm qızını təhqir etdiyini, xx xxxxxxxx 2020-ci il tarixində, saat 21:30 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə gələrək zərər çəkmiş şəxs X9 ilə mübahisə etdiyi zaman zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək, X7 təhqir etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində isə yenidən ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək zərər çəkmiş şəxsi təhqir etdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməllərini törətdiyini etiraf edərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00-da, Şabran şəhərinin Fizuli küçəsi ərazisində X9 ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyini, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00-da və xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00-da ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində onun mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbi ilə həyat yoldaşı Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədərək Hüseynova Samirə Möhsüm qızını təhqir etdiyini, xx xxxxxxxx 2020-ci il tarixində, saat 21:30-da, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə gələrək X9 ilə mübahisə etdiyi zaman X5 ünvanına nalayiq ifadələr işlədərək X7 təhqir etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində isə həyat yoldaşı Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək Hüseynova Samirə Möhsüm qızını təhqir etdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq hal-hazırda törətdiyi əməllərdən peşman olduğunu, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 icraatında olan HK-1/943 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilməsi səbəbi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixində, saat 11:00 radələrində, Şabran şəhərinin Fizuli küçəsi ərazisində şəxsi münasibətlər zəminində zərər çəkmiş şəxs X9 ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 icraatında olan HK-1/1126,1156 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilməsi səbəbi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində və xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək Hüseynova Samirə Möhsüm qızını təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 icraatında olan HK-1/1162 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilməsi səbəbi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 21:30 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə gələrək zərər çəkmiş şəxs X9 ilə mübahisə etməsi və həmin mübahisə zamanı zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədərək, X7 təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 icraatında olan HK-1/1188 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilməsi səbəbi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə münasibətləri zəminində zərər çəkmiş şəxs Hüseynova Samirə Möhsüm qızı ilə aralarında yaranmış mübahisə zamanı uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək zərər çəkmiş şəxsi təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasənxırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətaya görə inzibati tənbeh almasına baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və xx xxxxxxxx 2020-ci il tarixində, saat 21:30 radələrində, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində X7 təhqir etdiyi zaman alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olmasını isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 15:40-dan hesablansın. 4.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar