Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-513/2020 24.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 xx xxxxxx 2020ci il tarixdə şikayət ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət ərizəsindən görünür ki, X6 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin məsləhətçi müfəttişi X13 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. Həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərarla X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz)manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda göstərilir ki, X2 rayonunun X14 Dairəsinin Gəndov kəndi ərazisində mülkiyyətinə verilmiş 2.159708 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin bir hissəsində sututar və yardımçı tikili inşa etmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 rayonu, Gəndov kəndi ərazisində yerləşən və mülkiyyətinə verilmiş 2.159708 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsində sututar və yardımçı tikili inşa etməməsini, Dəvəçi (indiki Şabran) rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli, 192 saylı sərəncamı ilə kommersiya obyekti tikintisi məqsədilə ona məxsus pay torpağı ilə Gəndab-Xaçmaz avtomagistralının arasında qalan boş ərazidən, yolun ayırma zolağından 30 (otuz) metr aralıda situasiya planına uyğun sahədən 200 (iki yüz) kvadrat metr torpaq sahəsinin ayrılmasını, ayrılmış torpaq sahəsində Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq bölməsi ilə razılaşdırılmış layihə əsasında kommersiya obyektinin tikintisinə icazə verilməsini, onun da sözü gedən 200 (iki yüz) kvadrat metr ərazidə təyinatına uyğun tikili inşa etdiyini və həmin tikilinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinə heç bir aidiyyatı olmadığını nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin məsləhətçi müfəttişi X13 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokolu və həmin protokol əsasında barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərarı əsassız hesab etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 56.0.2, 128.2.3, 129.1.3 və 134.1.3-cü maddələrini rəhbər tutaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz)manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinə lazımı qaydada məlumat verilsə də Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin məsləhətçi müfəttişi X13 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, X2 rayonunun X14 Dairəsinin Gəndov kəndi ərazisində mülkiyyətinə verilmiş 2.159708 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin bir hissəsində sututar və yardımçı tikili inşa etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin məsləhətçi müfəttişi X13 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, X3 rayonunun X14 Dairəsinin Gəndov kəndi ərazisində mülkiyyətinə verilmiş 2.159708 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsinin bir hissəsində sututar və yardımçı tikili inşa etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz)manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Dəvəçi rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli, 192 saylı sərəncamının surətindən görünür ki, kommersiya obyekti tikintisi məqsədilə X5 məxsus pay torpağı ilə Gəndab-Xaçmaz avtomagistralının arasında qalan boş ərazidən, yolun ayırma zolağından 30 (otuz) metr aralıda situasiya planına uyğun sahədən 200 (iki yüz) kvadrat metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X6 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin məsləhətçi müfəttişi X13 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərkən və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz)manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilərkən, Dəvəçi rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2006-cı il tarixli, 192 saylı sərəncamı nəzərə alınmamışdır. Belə olan halda isə X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli və Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərar ləğv edilmələrək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayəti təmin edilsin.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi Cəfərov Aydın Ömər oğlu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “inzibati tənbeh vermə” haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilsin.
3. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Çingiz İsgəndərov