Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-516/2020 16.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyət ilə məşğul olan, Şabran rayonunun Ağalıq kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)- 751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsi üzrə 800 (səkkiz yüz) manat məbləğində aliment borcunun yaranmasına baxmayaraq, həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlundan xx xxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli olduğunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözü gedən icra vərəqəsi üzrə 800 (səkkiz yüz) manat məbləğində aliment borcunun yarandığını və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını bildirmiş və Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx xxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, sadəcə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq həmin icra sənədi üzrə ödənişləri vaxtıvaxtında edə bilmədiyi üçün hazırda 800 (səkkiz yüz) manat məbləğində aliment borcunun yarandığını və bundan sonra Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə ödənişləri gecikdirmədən, aliment borcunu isə hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən keçmiş həyat yoldaşı Şəxs xx xxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu və Şəxs oğlunun sözü gedən icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını göstərərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlundan xx xxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlundan xx xxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində icraata xx xxxx 2017-ci il tarixli qərarla başlanılmış və Şəxs oğluna tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Hazırda Şəxs oğlunun Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)- 751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsi üzrə 800 (səkkiz yüz) manat məbləğində aliment borcu yarandığı üçün onun barəsində Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məhkəmə iclasında verdiyi izahatdan görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyildir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş 2(031)-751/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsi üzrə 800 (səkkiz yüz) manat məbləğində aliment borcunun yaranmasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov