Məhkəmə qərarları › İş №3(031)-521/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-521/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-521/2021 15.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Şabran Rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisində fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxxx 1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 14 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 15 oktyabr 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində və 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis şöbəsinin sahə rəisi Nümayəndə tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində və 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməlləri törətdiyini etiraf etməyərək göstərmişdir ki, mülkiyyətində olan 2006-ci ildə istehsal edilmiş, “RENAULT MEGANE SCENİC” minik markalı, qara metalik rəngli, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimələrin olması səbəbi ilə 13 oktyabr 2021-ci il tarixdə, saat 17:15 radələrində Şabran Rayon X6 X10 əməkdaşları tərəfindən saxlanılaraq Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində duracağa yerləşdirildiyi üçün həmin günü axşam saatlarında duracağa gəlib, lakin həmin vaxt polis əməkdaşları ilə mübahisə etməyib və ümumiyyətlə nalayiq ifadələr işlətməyib. 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsində isə almaq istədiyi və uzun zamandır axtardığı “Ford” markalı nəqliyyat vasitəsinin polis əməkdaşları tərəfindən saxlanıldığını gördüyü zaman üzərindəki mobil telefonla həmin avtomobilin şəkilini çəkib “Whatsapp” adlı sosial şəbəkə vasitəsi ilə öz oğluna göndərib, onun nəqliyyat vasitəsinin şəkilini çəkdiyini görən polis əməkdaşları ona yaxınlaşaraq ondan çəkdiyi şəkili silməsini tələb ediblər, onunla mübahisə etməyə başlayıblar və həmin mübahisə zamanı onu məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirərək bu vaxta qədər orada saxlayıblar. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq nə 13 oktyabr 2021-ci il tarixdə, nədə ki, 14 oktyabr 2021-ci il tarixdə polis işçilərinin hər-hansı bir qanuni tələblərinə tabesizlik göstərmədiyini, 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində çəkdiyi fotoşəkili artıq sildiyini, müdafiəçinin sualına cavaba olaraq isə şəkilini çəkdiyi “Ford” markalı nəqliyyat vasitəsinin satılıbsatılmaması barədə məlumatının olmadığını, sadəcə satın almaq məqsədi ilə həmin markalı maşın axtardığı üçün sözü gedən avtomobilin şəkilini çəkdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına müdafiəçisi, Şabran rayonunun ərazisində fərdi qaydada fəaliyyət göstərən Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs izahatında göstərdiyi xüsusiyyətləri nəzərə alaraq, sonuncunun əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid Şabran Rayon X6 Yol X5 Təcrübə Üzrə baş inspektoru Şahid1 öz izahatında, 13 oktyabr 2021-ci il tarixdə, saat 17:15 radələrində üzərində ödənilməmiş cərimələrin olması səbəbi ilə “RENAULT MEGANE SCENİC” minik markalı, qara metalik rəngli, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflərindən saxlanılaraq Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində duracağa yerləşdirildiyi, həmin nəqliyyat vasitəsinin sahibi Şəxs həmin günü saat təqribən 18:00 radələrində sözü gedən duracağa yaxınlaşaraq mülkiyyətində olan avtomobilin hansı səbəbdən duracağa yerləşdirildiyini öyrəndikdən sonra nalayiq ifadələr işlədərək oradan uzaqlaşdığını, 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində isə Şabran Rayon X6 X10 Yol Patrul Xidməti inspektoru Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman Şəxs əlindəki mobil telefonun kamerasını onlara tərəf yönəltdiyini gördükləri üçün ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, Şəxs isə buna cavab olaraq onlarla mübahisə etməyə başladığını, həmin mübahisə zamanı uca səslə onların ünvanlarına nalayiq ifadələr işlətdiyini və dəfələrlə tərəflərindən nizam-iltizama dəvət edilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətlərini davam etdirməsi səbəbi ilə məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirərək Növbətçi Hissəyə təhvil verildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon X6 X10 Yol Patrul Xidməti inspektoru Şahid2 öz izahatında 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində Şabran Rayon X6 Yol X5 Təcrübə Üzrə baş inspektoru Şahid1 ilə birlikdə xidmətdə olduğu zaman Şəxs əlindəki mobil telefonun kamerasını onlara tərəf yönəltdiyini görmdükləri üçün ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, Şəxs isə buna cavab olaraq onlarla mübahisə etməyə başladığını, həmin mübahisə zamanı uca səslə onların ünvanlarına nalayiq ifadələr işlətdiyini və dəfələrlə nizam-iltizama dəvət edilməsinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətlərini davam etdirməsi səbəbi ilə tərəflərindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirərək Növbətçi Hissəyə təhvil verildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş materiallarında olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində törətdiyi əməldə inzibati xəta hadisəsi olmaması səbəbi ilə həmin material üzrə icraata xitam verilməli, lakin onun 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş 14 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, - “vət. A. Zeynalov 13.10.2021-ci il tarixdə Şabran RPŞ-nin DYPB-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir, 14.10.2021-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 oktyabr 2021-ci il tarixdən, saat 17:30-dan başlayaraq Şabran Rayon Polis X4 Yerində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş əməldə inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən və inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, həmin material üzrə əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında başlanmış icraata xitam verilməlidir. Lakin proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almasına baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarına əlavə edilmiş CMS – “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış Şəxs barəsində olan digər məhkəmə işləri barədə məlumatlarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə təqsirləndirildiyi 3(031)-99/2021 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların aşkar edilməməsini, məsuliyyətini ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 53, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs tərəfindən 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin Şahin Vahabzadə küçəsi ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material üzrə icraata xitam verilsin.

2. Şəxs 14 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun X7 küçəsi ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

3. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar