Məhkəmə qərarları › İş №3(031)-525/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-525/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-525/2020 23.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1994-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şabran şəhəri, X6 küçəsi, ev 45 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində, Şabran rayon mərkəzi bazarının ərazisində taksi fəaliyyəti ilə məşğul olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək, sonuncuya Şabran rayonunda 03 (üç) sotlar kimi tanınan əraziyə getmək istədiyini bildirmiş, getmək istədiyi yerə çatmazdan bir qədər qabaq avtomobili dayandıraraq aptekə keçmiş, aptekdən qayıdaraq Zərərçəkmiş şəxs dərman almaq üçün 10 (on) manat məbləğində pulunun çatmadığını deyərək göstərdiyi taksi xidməti üçün ona pul ödəyəcəyi zaman geri qaytarmaq şərti ilə zərər çəkmiş şəxsdən həmin məbləğdə pul almış və dələduzluq yolu ilə ələ keçirdiyi 10 (on) manat məbləğində pul ilə birlikdə Zərərçəkmiş şəxs etimadından sui-istifadə edərək və sonuncunun göstərdiyi taksi xidməti üçün ona pul ödəmədən zərər çəkmiş şəxsin yanından uzaqlaşıb getmişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Polis Şöbəsinə ərizə vasitəsi ilə müraciət etmiş, müraciətə əsasən Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində, Şabran rayon mərkəzi bazarının ərazisində taksi fəaliyyəti ilə məşğul olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək, sonuncuya Şabran rayonunda 03 (üç) sotlar kimi tanınan əraziyə getmək istədiyini dediyini, getmək istədiyi yerə çatmazdan bir qədər irəlidə avtomobili dayandıraraq aptekə keçdiyini, aptekdən qayıdıb Zərərçəkmiş şəxs dərman almaq üçün 10 (on) manat məbləğində pulunun çatmadığını deyərək göstərdiyi taksi xidməti üçün ona pul ödəyəcəyi zaman geri qaytarmaq şərti ilə Zərərçəkmiş şəxs 10 (on) manat məbləğində pul aldığını və dələduzluq yolu ilə ələ keçirdiyi 10 (on) manat məbləğində pul ilə birlikdə Zərərçəkmiş şəxs etimadından sui-istifadə edərək və zərər çəkmiş şəxsin göstərdiyi taksi xidməti üçün ona pul ödəmədən Zərərçəkmiş şəxs yanından uzaqlaşıb getdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, törətmiş olduğu əməldən peşman olduğunu, hazırda törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyini və sonuncu ilə barışdığını göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilməsi xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışması səbəbi ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar