Məhkəmə qərarları › İş №3(031)-526/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-526/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-526/2025 20.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Şabran Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1961-ci il tarixdə Dəvəçi rayonu, Məliklər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2025-ci ilin may ayının sonlarında yaşadığı Şabran rayonu, Məliklər kəndində yerləşən evinin həyətində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 2 ədəd çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, həmin toxumalardan tərkibində narkotik maddələr olan 2 ədəd – az miqdarda çətənə (kannabis) bitkisinin şitillərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15:38 radələrində Şabran RPŞ-nin əməkdaşlarının təxirə salınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə ümumi təmiz çəkisi 647 qram olan yaş vəziyyətdə az miqdarda – 2 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surətinin Şabran Rayon Polis X1 Bölməsinə göndərilməsi, Şəxs götürülmüş ekspertiza icraatında qaytarılan ümumi təmiz çəkisi 646,90 qram yaş vəziyyətdə 2 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 20/795 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 60” möhür əksi, “İştirak etdi; 1. Aqronom /imza/ Rəşid Hacıyev; 2.CAB ə/m /imza/ Vüqar Qasımov; 3.CAB ə/m /imza/ Bayram İsrəfilov; 4. Şübhəli şəxs /imza/ Şəxs; Tərtib etdi: RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı /imza/ Mətin Əliyev” əl yazıları olan 1 ədəd kisə bağlamada ümumi sayı: 2 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi: 647 qram olan bitki nümunəsi eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Ümumi təmiz çəkisi 647 qram olan çətənə (kannabis) bitkilərinin 0,04 qramı tədqiqata sərf edilmiş, qalıq 646,96 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 5498 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunmuş, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, ümumi təmiz çəkisi 647 qram olan çətənə (kannabis) bitkilərinin 0,04 qramı tədqiqata sərf edilmiş, qalıq 646,96 qram təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş İİİ siyahıya (Tərkibində narkotik maddələr olan bitkilər) əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) müəyyən edilmişdir. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən inzibait xətanı törətməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməli, hazırki iş üzrə maddi sübut kimi tanınmış, hazırda Şabran Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 646,96 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 208-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülsün. Hazırki iş üzrə maddi sübut kimi tanınmış, hazırda Şabran Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra geri qaytarılmış 646,96 qram qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar