Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-530/2025 02.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ seriyalı, 32159825 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X2 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32159825 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həmin qərara əsasən ona təyin edilmiş 2 balın silinərək iş üzrə icraata xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə mülkiyyətində olan “X5” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhərinin Dilarə Əliyeva küçəsi ərazisində müvaffiq parklanma yerində digər avtomobillərin arasında saxlayaraq istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə “AzParking” xidmətinə müvafiq qaydada SMS göndərək ödəniş etsə də, idarə etdiyi nəqliyyat vasitəsinin qarşısında və arxasında dayanmış nəqliyyat vasitələri həmin ərazidən uzaqlaşdıqdan sonra onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilmişdir. Onun nəqliyyat vasitəsini saxladığı yer üçtərəfli yolayrıcındakı yan keçidin qarşı tərəfində yerləşmiş, o, həmin nəqliyyat vasitəsini bunun üçün nəzərdə tutulmuş xüsusi yerdə saxlamış və ödəniş etmişdir. Bu qərara görə 2 bal təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs qərarın əsassız olduğunu bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X7 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32159825 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan SMS bildirişlərdən görünür ki, “AzParking.az” xidməti tərəfindən **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 90054 nömrəli məntəqədə park edilməsi və park müddətinin sonlandırılması təsdiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X5” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçtərəfli yolayrıcındakı yan keçidin qarşı tərəfində yerləşən nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş xüsusi yerdə saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32159825 nömrəli inzibati tənbeh vermə haqqında qərara dair SMS bildirişdən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və qərara əsasən 2 bal təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin İV hissəsinin 6-cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Göründüyü kimi qanunvericiliyə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna hesab olunaraq qadağan edilmədiyindən və iş materiallarına əsasən “X5” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçtərəfli yolayrıcındakı yan keçidin qarşı tərəfində yerləşən nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş xüsusi yerdə saxlanıldığından, inzibati tənbeh vermə haqqında qərar əsassız tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X1 inzibati xətanı törətməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X4 idarə etdiyi xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Bu səbəbdən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına görə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və şəxsin təqsiri səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyinə görə o, təqsirsiz hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi “AzDoc”-X3 Sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana qərarın tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və qərarın tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 346.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32159825 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 346.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-530/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-530/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver