Məhkəmə qərarları › İş №3(031)-539/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-539/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-539/2020 07.12.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün aidiyyati üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş “inzibati xəta haqqında” protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra vərəqəsi üzrə 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır və o, həmin aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə edərək, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)- 1090/2018 nömrəli icra vərəqəsi üzrə 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəfələrlə sözü gedən icra sənədini icra etməsini tələb etməsinə baxmayaraq sonuncunun Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra vərəqəsinə əsasən ondan xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməli olduğunu, məhkəmə qərarına hörmətlə yanaşdığını, sözü gedən icra vərəqəsini icra etməkdən yayınmadığı, maddi imkanının pis olması səbəbi ilə sözü gedən icra sənədi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün hazırda 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını və bundan sonra həmin icra vərəqəsi üzrə ödənişləri gecikdirmədən, aliment borunu isə hissə-hissə ödənişlər edərək ödəyəcəyinə dair söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2013cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxx 2020-ci il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatların təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra vərəqəsi üzrə aliment borcunun yaranması və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)-1090/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx xxxxxx 2018-ci il tarixli qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2(031)- 1090/2018 nömrəli icra vərəqəsi üzrə 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində aliment borcu yaranmışdır və o, həmin aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolu tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar