Məhkəmə qərarları › İş №3(031)-57/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-57/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-57/2024 14.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.2005-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqına protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində, Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində yerləşən Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin hasarında tullanaraq küçəyə düşüb qaçmağa başladığı zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə mübahisə etməyə başlamış, həmin mübahisə zamanı onu nizam iltizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq polis əməkdaşılarının tələblərinə məhəl qoymayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətini davam etdirdiyi üçün məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Müvafiq inzibati araşdırma aparıldıqdan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 məhkəmə iclasında tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində, Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşları ilə mübahisə etdiyi zaman onu nizamiltizama dəvət edən ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərmədiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra xx.xx.2024-cü il tarixdə Şabran şəhərinin ərazisində yerləşən “24 saat” adlı dükana getdikdən sonra evə qayıtdığı zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşlarının yanından qaçmağa cəhd edib və buna nail ola bilmədikdə polis işçiləri ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı səs-küy salıb və onu nizam-iltizama dəvət etmiş polis əməkdaşlarının tələblərinə tabe olmayıb. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, polis əməkdaşları onu saxladıqları zaman qorxduğu üçün onların yanında qaçmağa cəhd etdiyini, buna nail ola bilmədikdə isə səs-küy salaraq onlardan canını qurtarmaq istədiyini, saxlanıldığı zaman ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6 öz izahatında bildirmişdir ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X8 ilə birlikdə xx.xx.2024-cü il tarixdə, 00:30 radələrində, Şabran şəhərinin ərazisində xidmətdə olduğu zaman əvvəllər dəfələrlə Şabran rayonunu ərazisində yerləşən müxtəlif ünvanlardan oğurluq etmiş Şəxs Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində yerləşən Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin hasarında tullanaraq küçəyə düşüb qaçmağa başladığı vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim ediblər. Bu zaman Şəxs qaçaraq onların yanından uzaqlaşmağa cəhd etmiş, buna nail ola bilmədikdə onlarla mübahisə etməyə başlamış və həmin mübahisə zamanı tərəflərindən dəfələrlə nizamiltizama dəvət edilsə də, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs tərəflərindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X8öz izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, 00:30 radələrində, Şabran şəhərinin ərazisində Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6 ilə birlikdə xidmətdə olduğu vaxt Şabran rayonunu ərazisində yerləşən müxtəlif ünvanlardan oğurluq etmiş Şəxs Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində yerləşən Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin hasarında tullanaraq küçəyə düşüb qaçmağa başladığı zaman onlar ona yaxınlaşaraq özlərini təqdim ediblər. Bu zaman Şəxs qaçaraq onların yanından uzaqlaşmağa cəhd edib, buna nail ola bilmədikdə isə onlarla mübahisə etməyə başlayıb və həmin mübahisə zamanı tərəflərindən dəfələrlə nizam-iltizama dəvət edilsə də, onların qanuni tələblərinə tabe olmayıb. Bu səbəbdən də Şəxs tərəflərindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan etibarən Şabran Rayon Polis X4 Yerində inzibati qaydada tutulmuşdur. - Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə, saat 00:30 radələrində, Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda olduğu zaman törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halların aşkar edilməməsini, məsuliyyəti ağırlaşdıran halı, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan etibarən Şabran Rayon Polis X4 Yerində inzibati qaydada tutulduğundan inzibati həbsdə saxlamanın əvvəli həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan hesablansın.

4. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar