Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-570/2020 23.12.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X3 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxxx 1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Şabran şəhərinin Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs X4 ödənilməli olsa da, Şəxs həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti zərər çəkmiş şəxs X3 xeyrinə tutulmalıdır. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə onun tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilsə də, o, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbi bu günədək icra etməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödəniş qəbzini məhkəməyə təqdim edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq X4 ödənilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, onu icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, sadəcə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq həmin icra sənədini bu günədək tam şəkildə icra edə bilmədiyini, xx xxxxxx 2020-ci il tarixdə sözü gedən icra sənədi üzrə X3 hesabına 45 (qırx beş) manat məbləğində ödəniş etdiyini və yaxın zamanda hissə-hissə ödənişlər edərək Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)- 599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbi tam şəkildə icra edəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməli olduğunu və Şəxs həmin icra sənədini həmin icra sənədini bu günədək icra etmədiyini göstərərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətində görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs X4 ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli mədaxil qəbzin surətindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə X3 hesabına 45 (qırx beş) manat məbləğində pul vəsaiti köçürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 275 (iki yüz yetmiş beş) manat məbləğində maddi ziyan və 20 (iyirmi) manat məbləğinə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 295 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq zərər çəkmiş şəxs X4 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx xxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra sənədində göstərilən tələbli könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-599/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra edilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov