Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-60/2025 20.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X5 iştirakı ilə X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, onlara məxsus at itdiyindən xx.xx.2024-cü il tarixdə, gecə saatlarında atası ilə birlikdə atı axtarmağa getmişdirlər. Altıağac Milli Parkının Ağzıbir ovçuluq təsərrüfatının ərazisi isə ərazinin sərhədlərinin dəqiq bilinməsi üçün hər hansı nişan və ya sərhədlə digər ərazilərdən ayrılmamışdır. Həmin vaxt qeyd olunan ərazidə ovla məşğul olmamışdırlar. Gecə vaxtı olduğundan atası X13 məxsus ov tüfəngi də atasına məxsus maşında olmuşdur. Ov silahı ilə bağlı X15 barəsində Şabran RPŞ-də müvafiq araşdırma aparılmış, Şabran RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X6 xx.xx.2024-cü il tarixli cinayət təqinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X15 barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tədbir görülməsi məqsədilə iş Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, X13 12 çaplı, “MÇ-21-12” markalı, 0379 nömrəli yivsiz ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 174 nömrəli şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs sözügedən ərazinin Altıağac Milli Parkına məxsus olduğunu bilmədiyini və şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X15 barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Şabran RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(031)- 26/2025 nömrəli qərarından görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Milli Parkının Ağzıbir ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra olunması üçün ona göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 65494 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:40-da “Ağzıbir” ovçuluq təsərrüfatının “Xanlar” dayaq məntəqəsinə məxsus qamışlıq ərazidə tərəflərindən yoxlama aparılarkən qanunsuz ov edən X4 və X8 müəyyən etmişdirlər. Bu səbəbdən həmin şəxslərdən ov silahları götürülmüş və yoxlama aparılması üçün Şabran RPŞ-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanunun 6-cı maddəsinə əsasən dövlət təbiət qoruqlarının, geoloji parkların və milli parkların əraziləri respublika əhəmiyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Fərmanının 3.6-cı maddəsinə əsasən Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasınn 72-ci maddəsinin 3-cü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə iclasında X1 ərazinin Altıağac Milli Parkına məxsus olduğunu bilmədiyini bildirsə də, yuxarıda qeyd olunan müddəalara əsasən bu əsas onu məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin qeyd hissəsinə əsasən bu Məcəllənin 272-ci və 272-1-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş pozuntu faktının mövcudluğu aşkar görünür. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 272.3-cü maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 qadağan edilmiş yerlərdə ov etməklə ov qaydalarını pozmuşdur. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X5 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-60/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-60/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver