Məhkəmə qərarları › İş №3(031)-61/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-61/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-61/2021 16.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012ci il tarixli icra vərəqəsi üzrə 10480 (on min dörd yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq, həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 verilməlidir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsi üzrə 10480 (on min dörd yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yaranmasına baxmayaraq həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət məşğulluq Agentliyi 10 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri X7 rayon İcra və Probasiya şöbəsinin rəisi Bəhlulu Rəhimliyə ünvanladığı xx xxxxxx 2021-ci tarixli **********0 saylı məktubun surətini təqdim edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq keçmiş həyat yoldaşı X3 verilməlidir. Məhkəmə qərarına hörmətlə yanaşdığını, həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmadığını, maddi imkanının pis olması səbəbi ilə sözü gedən icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün Şabran Rayon Məhkəməsinin 1(031)-7/2019 saylı cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin hökm ilə barəsində təyin edilmiş cəzanı təzəlikcə çəkib bitirdiyini, hazırda 10480 (on min dörd yüz səksən) manat məbləğində ödənilməmiş aliment borcunun yarandığını, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət məşğulluq Agentliyi 10 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında işsiz şəxs kimi qeydiyyata alındığını və yaxın zamanda işlə təmin olunduqdan sonra Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)- 471/2021 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcunu hissə-hissə ödənişlər edərək tam şəkildə ödəyəcəyinə dair söz verdiyini göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət məşğulluq Agentliyi 10 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri X7 rayon İcra və Probasiya şöbəsinin rəisi Bəhlulu Rəhimliyə ünvanladığı xx xxxxxx 2021-ci tarixli **********0 saylı məktubun surətindən görünür ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Şabran rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata dayanmışdır və o yaxın zamanda işlə təmin ediləçəkdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 60 (altmış) manat olmaqla, ümumilikdə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs X3 verilməlidir. Həmin icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində müvafiq qərarla icraatına başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şabran Rayon Məhkəməsinin 1(031)- 7/2019 saylı cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş hökmü ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012ci il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırdığı üçün 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda o Şabran rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata dayanmışdır və yaxın zamanda işlə təmin ediləçəkdir. Bununla yanaşı Şəxs məhkəmə iclasında verdiyi izahatında da görünür ki, onun əməlində qərəzli olaraq məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş 2(031)-471/2021 nömrəli, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar